Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


20.11.2018  10:43 

AAAF PARK-ın rəhbəri sabiq millət vəkilini ölümlə hədələdi





A+  A-

"AAAF PARK yaşayış kompleksində vəziyyət çox gərgindir. Dünən yənə sakinlər yola çıxaraq onu bağlamağa cəhd edib. Səbəb isə şəhərciyə hələ də qaz və istiliyin verilməməsidir. Komleksin rəhbərliyi isə müxtəlif bəhanələrlə sakinlərdən gizlənir".
XəzərNews.az xəbər verir ki, bu fikrləri sabiq millət vəkili Etibar Hüseynov şəxsi Facebook səhifəsində yazıb. Keçmiş deputat daha sonra qeyd edib ki, AAAF PARK-ın prezidenti Tofiq Heydərov qoçu dəstəsi saxlayaraq insanları təhdid edir və qorxudur:

"10 gündən sonra dekabr ayıdır. Amma insanlar qaz və istiliklə hələ də temin olunmayıblar. Səbəb isə AAAF-a, yani 30 mindən çox insanın taleyinə bu işdə heç bir təcrübəsi və savadı olmayan, dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunmuş Tofiq Heyderov kimi uğursuz bir idmançının sahib çıxmasıdır. Adam mühafizə adı altında qoçu dəstəsi saxlayır, etiraz edən sakinləri hədələyir. Dünən jurnalist Tamilla Qulaminin statusuna yazdığım kommentə görə mənə də telefon açıb, öldürəcəyi ilə hədələdi. Bu barədə DİN naziri Ramil Usubova məlumat vermişəm. Yəqin ki, bu adam haqda ciddi ölçü götürüləcək".

Xəbər 2207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +