Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


14.11.2018  15:18 

BMT Təhlükəsizlik Şurası təcili toplandı





A+  A-

BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yönəlik hücumlarının ardından bölgədə zorakılıq və gərginliyin artması ilə əlaqədar təcili toplanıb.
XəzərNews.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, Küveyt və Boliviyanın tələbi ilə hazırda Şuranın qapalı toplantısı keçirilir.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre toplantıdan öncə jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatedici olduğunu və 2014-ci ildən bəri belə bir şiddətli hadisənin görülmədiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Fransa "Həmas"ın İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını da qınayır: "Amma fələstinlilərə qarşı nisbətsiz güc tətbiqi dayanmalıdır. İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz. Tərəflər gərginliyin artmasından qaçmalıdır".

Diplomatik mənbələr toplantıda Qəzzadakı böhranın necə həll ediləcəyinə dair bir razılığın hələlik əldə edilə bilmədiyini bildiriblər.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ABŞ-ı tənqid edib: "BMT Təhlükəsizlik Şurasının qapısını, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənədək döyməyə davam edəcəyik".

Küveytin BMT-dəki daimi nümayəndəsi Mansour əl-Otaibi İsrailin hücumlarını pisləyərək, Qəzzada getdikcə ağırlaşan humanitar vəziyyətə diqqət çəkib. "Üfüqdə sülh görünmür", - deyə Küveyt təmsilçisi bəyan edib.

Boliviyanın BMT-dəki daimi nümayəndəsi Sacha Sergio Llorentty Soluq ida ABŞ-ı hədəf alıb: "Artıq iki ildir ki, ABŞ-ın sözdə Yaxın Şərqdə sülh planının həyata keçəcəyini gözləyirik. Amma nəticə yoxdur. Həqiqi bir vasitəçiyə ehtiyac var".

Qeyd edək ki, İsrail qırıcıları daha əvvəlki hücumlarında, aralarında "Əl-Əksa" televiziyasının da olduğu 6 binanı darmadağın edib. Baş verənlər nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.

Yaşanan gərginliklə bağlı İsrail tərəfdən də açıqlama verilib. Bildirilib ki, Qəzzadan atılan raketlər 30 israillinin xəsarət almasına səbəb olub. Bundan başqa, bildirilib ki, Aşkelon bölgəsində bir binaya tuş gələn raket zərbəsi nəticəsində 1 İsrail vətəndaşı həyatını itirib, digəri ağır yaralanıb.

Xəbər 976 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +