Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


12.11.2018  10:21 

Maşınların parklanması ilə bağlı YENİLİK





A+  A-

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: "Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalıdır. Biz hazırda Bakının zona olaraq bölünməsini istəyirik, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhərətrafı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçədə parklamalar, eyni zamanda yeraltı qarajlarda da tariflərin əsaslandırılmış şəkildə tətbiqini düşünürük. Artıq yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yerüstü parklamalara gəldikdə isə, Bakını zonalara ayırmaq şərti ilə ödənişin məbləği müəyyənləşdirilir".

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq edəcəyi parkinq sistemində məqsəd nağdsız ödənişləri təşviq etməkdir: "Həmçinin vətəndaşlar telefon vasitəsilə avtomobillərinin ölçülərinə uyğun yer sifariş edə biləcəklər. Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar orada göstərilsin. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bu günün informasiya-kommunikasiya texnologiyalarına cavab verəcək".

Paytaxtdakı parklama yerlərinin Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınması işinin ləngiməsi məsələsinə münasibət bildirən qurum rəhbəri qeyd edib ki, bu prosesdə müəyyən texniki məsələlər var: "Hazırda həmin məsələlər araşdırılır. Bu sahəyə dövlət müəyyən investisiya qoyub. Bu investisiya nəticəsində sistemin yenidən qurulmasını düşünürük. Aydınlaşdırırıq ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirək? Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Bu işlərin növbəti ay ərzində yekunlaşacağını düşünürük. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yekunlaşacaq".

Xəbər 1155 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +