İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.11.2018  13:46 

Birinci Dünya müharibəsinin başa çatmasından 100 il ötür





A+  A-

Noyabrın 11-də bəşər tarixində ən qanlı müharibələrdən olan Birinci Dünya müharibəsinin başa çatmasının 100 ili tamam olur.
XəzərNews.az xəbər verir ki, 1918-ci il noyabrın 11-də saat 11-də Fransanın Kompeyn meşəsindəki zirehli qatarda Almaniya imperiyası ilə Antanta dövlətləri arasında atəşkəs müqaviləsinin imzalanması ilə Birinci Dünya müharibəsi rəsmən başa çatıb.

Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları, Bolqarıstandan (1915-ci ildən) və digər dövlətlərdən ibarət ittifaq dövlətləri ilə Böyük Britaniya, Fransa, Rusiya, Serbiya və onların müttəfiqlərindən ibarət Antanta dövlətləri arasında baş verən ilk dünya müharibəsində ümumilikdə 70 milyon insan səfərbər olunub. Dünyada 40-dan çox dövlətin qoşulduğu bu müharibədə təxminən 10 milyon insan həlak olub, 50 milyondan çox insan yaralanıb və itkin düşüb.

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin qələbəsi ilə başa çatıb. Müharibə nəticəsində dünyanın siyasi xəritəsi xeyli dəyişdirilib, yeni dövlətlər yaranıb. Bu dövlətlərdən biri də 1918-1920-ci illərdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti olub.

İlk dünya savaşı böyük dövlətlər arasındakı ixtilafları həll etmədi. Nəticədə ondan daha böyük və qanlı olan İkinci Dünya müharibəsi (1939-1945) baş verib.

Rusiyada yaşayan müsəlmanların, o cümlədən azərbaycanlıların rəsmən orduya çağırılmamalarına baxmayaraq, yüksək təbəqəyə məxsus şəxslərdən könüllü olaraq ordu sıralarına 200-dən çox azərbaycanlı qoşulmuşdu. Bunlardan 200 azərbaycanlı zabit Birinci Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər.

General-leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə 10-cu ordunun komandanı olmuşdu.

General-leytenant Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. General 1915-ci ildə 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi.

General-leytenant Hüseyn xan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan “Müqəddəs Georgi” ordeninin dörd dərəcəsinə layiq görülmüşdü.

İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov müharibə dövründə “İlya Muromets -16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.Qayıbov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu.

Müharibə illərində Azərbaycanlı gənclərdən ibarət “Tatar süvari alayı” təşkil edilmişdi. Qorxmaz döyüşçülərdən ibarət olan bu alay “Vəhşi diviziya” adlandırılırdı.

Xəbər 798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +