İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.11.2018  16:18 

“Kontakt Home“un rüsvay etdiyi qadın: “İntihar dərəcəsinə gəldim“





A+  A-

Ötən gün Bakıda "Kontakt Home"un ("ABC Telecom” şirkəti) onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa etməsi barədə məlumat vermişdik.
Belə ki, şirkət Bakı şəhər sakini olan qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. Onlar da qadının 1583 manat borcunun olduğunu iddia edərək, qadının şəklini, adını və soyadını yazaraq divarlara yapışdırıblar.

XəzərNews.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı fotosu divarlara yapışdırılan qadınla danışıb.

– Krediti nə vaxt götürmüsünüz və hansı məhsulu almısınız?

– 2016-cı ilin dekabr ayında həmin mağazadan mobil telefon götürmüşəm.

– Bəs necə oldu ki, ödəyə bilmədiniz?

– Mobil telefonun qiyməti 504 manat idi, onu 12 aylıq kreditə böldülər və ayda 42 manat ödəməli idim. Üç ay ödəyəndən sonra yaxınlarımdan rəhmətə gedən oldu, başım oraya qarışdı. Daha sonra isə imkansızlıqdan pulu ödəyə bilmədim. Pulu ödəyə bilmədiyim tarixdən isə telefon bloklandı. O gündən bəri həmin telefon, sadəcə, aksessuar olaraq evdədir, çalışmır.

– Şəkliniz divarlara vurulmamışdan öncə sizə borcunuzu ödəmənizlə bağlı xəbərdarlıq gəlmişdi?

– Bəli, oktyabr ayının 19-u bir nəfər gəldi. Əlində də sənədlə ki, oktyabrın sonunadək 436 manat borcunuz var, onu gətirin, ödəyin. Mənim də buna imkanım olmadı. Dedim ki, noyabrın sonunadək 60 manat ödəniş edə bilərəm, onlar bununla razı olmalıdılar. Bu gün isə mənim şəklimi hər tərəfə yapışdırıblar. Bu hərəkətə görə onları məhkəməyə verəcəyəm.

Hansı haqla mənim fotomu divarlara yapışdırıb, məni biabır ediblər? Üstəlik, üstümə şər-böhtan atıblar, həmin kağızda qeyd olunub ki, guya mənim 1583 manat borcum var. Halbuki mənə 436 manat borcum olduğu söylənilmişdi və məhkəmə qərarına əsasən, qətnamədə də belə qeyd olunub.

– Sizə məhkəmədən də bildiriş gəlməmişdi ki, belə məhkəmə var?

– Yox, sadəcə, sizə göstərdiyim 19 oktyabr tarixində olan qətnamə kağızı var. Orada da göstərilib ki, pul üç gün ərzində ödənməlidir. Dediyim kimi, buna da mənim heç cür imkanım olmayıb. Hazırda işləmirəm. Xaricdə yaşayan bacım mənə aylıq pul göndərir, onunla dolanıram.

Əvvəlcə noyabrın sonuna 60 manatı ödəməyimə razı olmuşdu. Sonra dedilər ki, yox, oktyabrın axırına pulu ödəyin. Gedin, kimdən alırsınız, alın, amma bu pulu ödəyin. Dedim ki, oktyabr sonuna 20 manat ödəyə bilərəm. Onsuz da o telefon işləmir, bloka qoyulub. Dedi ki, 220 manat ödə, telefonun blokunu açaq.

Bu gün (dünən – red.) də hamı gəldi ki, sənin şəklin divarlarda gəzir. İnsanlar məni belə tanımır. Bütün qonşular üstümə gəldi. Bu gün (dünən -red.) utancımdan intihar etmək dərəcəsinə gəldim. Mənim başıma bir iş gəlsə, "ABC Telekom” nə cavab verəcəkdi? O qədər mənim kimi imkansız ailələr var ki, pulu ödəyə bilmir. Hamısı özünü öldürməlidir?

– Telefonu götürəndə fikirləşmədiniz ki, bu pulu necə ödəyəcəyəm?

– Mən başa düşürəm, bu kredit götürülübsə, ödənməlidir. Amma götürəndə onu verə biləcəyimi düşünürdüm. Sadəcə, əlimdə olmayan hadisələr baş verdi. İmkansızlıq yarandı deyə krediti ödəyə bilmədim. Amma bu, ona dəlalət etmir ki, 436 manata görə mən camaatın içində biabır olum. Bu işin sonuna kimi gedəcəyəm. Məni millət içində rüsvay ediblər, bunun cavabını verəcəklər.






Xəbər 1479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +