“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


05.11.2018  09:07 

Bu dərmanlar elektron reseptlə satılacaq





A+  A-

Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək:

"Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.

N.Seyidov qeyd edib ki, elektron reseptlər daha sonra xəstələrin vahid sağlamlıq kartlarına köçürüləcək: “Xəstə həmin kartları apteklərə təqdim edəcək, yaxud aptekdə öz ad-soyadlarını bildirməklə dərman ala biləcəklər, çünki sistemdə artıq onların adları qeyd ediləcək. Aptek işçiləri elektron sistemdə xəstəyə hansı dərmanların və hansı həkim tərəfindən yazıldığını görəcəklər. Dərmanlar verildikdən sonra isə sistemə xəstənin artıq dərmanla təmin edildiyini göstərən məlumat daxil ediləcək. Bu da imkan verir ki, xəstələrə verilən dərmanlara mərkəzləşdirilmiş qaydada tam nəzarət edilsin”.

Elektron reseptlərin tətbiqinin həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracağını söyləyən N.Seyidov qeyd edib ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan 75 min şəkərli diabet xəstəsi vahid sağlamlıq kartı ilə təmin edilərək elektron reseptlərlə dərman ala bilirlər. Gələn ilin yanvarından isə regionlardakı şəkərli diabet xəstələri kartla təmin ediləcək və elektron reseptlərlə dərman alacaqlar. Hemofiliya, böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr isə gələn ilin yanvar-fevral ayının sonunadək kartlarla təmin ediləcəklər: “Lakin ona qədər elektron sistem fəaliyyət göstərəcək. Planlaşdırmışıq ki, dekabrın 1-dən başlayaraq, bütün ölkə üzrə hemofiliya və böyrək çatışmazlığı xəstələr dərmanları mərkəzləşdirilmiş qaydada elektron reseptlərlə alsınlar”.

Xəbər 1076 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +