Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


05.11.2018  09:15 

Zamirə Hacıyeva qızıllarını gizli satmaq istədi - Sensasiya





A+  A-

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, “The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub.

Məlum olub ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.

Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq “Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün “Christie’s”ə veribmiş. “Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb.

Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.

Milli Kriminalla Mübarizə Agentliyinə istinad edən alman jurnalının məlumatına görə, Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.

Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıdakı “Buta” sarayında baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən “Caspian Crystal” Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.

Xəbər 1672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib


BÜTÜN XƏBƏRLƏR +