Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


04.11.2018  12:24 

Çaylarda suyun səviyyəsi dəyişdi





A+  A-

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 260 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəsində 8, Şirvanda 18, Salyanda 10, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2017-ci il noyabrın 02-də 319 sm), Şirvanda 235 sm (2017-ci il noyabrın 02-də 235 sm), Salyanda 187 sm (2017-ci il noyabrın 02-də 210 sm), Bankədə 202 sm (2017-ci il noyabrın 02-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2017-ci il noyabrın 02-də 40 sm) təşkil edir.

Xəbər 1044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +