Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


03.11.2018  16:49 

Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edildi





A+  A-

Baş Prokurorluqda prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi tədbiri keçirilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlər nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub.

Əldə edilən nailiyyətlər mötəbər beynəlxalq qurumların, o cümlədən biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmaqla ümumi indikatorlar üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin dinamik sosial-iqtisadi inkişafının parlaq göstəricisi kimi dəyərləndirilib.

Prokurorluq orqanı fəaliyyətini müasir dövrün daha yüksək tələbləri səviyyəsində quraraq təkmilləşməkdə davam etmiş, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, milli dövlət maraqlarımızın qorunmasında, sabitliyin və təhlükəsizliyin təmin olunmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışaraq yeni-yeni uğurlar qazanıb.
Azərbaycan Prokurorluğunun məhkəmə hüquq islahatları və prokurorluğa olan diqqət və qayğı nəticəsində mümkün olub.
Baş prokuror dəfələrlə prokurorluğa olan etimadını vurğulayan Prezident İlham Əliyevin məhz Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ərəfəsində 28 sentyabr 2018-ci il tarixli Sərəncamla 43 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları - orden və medallarla təltif etməsinin və Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarına ünvanladığı təbrik müraciətinin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olduğunu bildirib.

100 illik tarixə malik Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəltməklə respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcək.

Tədbirdə prezidentin müvafiq sərəncamı əsasında “Vətənə xidmətə görə” ordenləri, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub.

Prokurorluq əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi, dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilmiş və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaratdığı qeyd edilib.
Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.

Xəbər 782 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +