“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.11.2018  15:02 

Açıq zibilxanalar ləğv olunacaq





A+  A-

Bakıda bərk məişət tullantılarının yığılması və daşınması xidməti təkmilləşdiriləcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"da deyilir.

Sənəddə bildirilir ki, bərk məişət tullantılarının idarə edilməsi üzrə milli informasiya sisteminin yaradılması informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə ediləcək. Bunun üçün İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinə 2018-2020-ci müvafiq tədbirlər görmək tapşırılır.

Həmçinin cari ildə bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. Tarif (Qiymət) Şurası tərəfindən sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq ediləcək.

Bundan başqa, 2018-2022-ci illərdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda bərk məişət tullantılarının yığılması və daşınması xidmətinin təkmilləşdirilməsi ilə məşğul olacaq. Xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcək.

Həmin dövrdə Bakı şəhərində çeşidləmə poliqonlarının və ötürücü məntəqələrin tikintisi, irihəcmli tullantıların yığılması mərkəzlərinin yaradılması, maşın və mexanizmlərlə təchiz edilməsi nəzərdə tutulur. Beləliklə, tullantılar yığılaraq son zərərsizləşdirmə sahəsinə çatdırılacaq.

Eləcə də Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədilə Sabunçu rayonunda müvafiq infrastruktur yaradılacaq, bununla da ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcək.

Strategiyada qeyd olunur ki, 2018-2022-ci illər ərzində Bakı ərazisində yaranan söküntü və tikinti tullantılarının utilizasiyası məqsədilə müvafiq infrastruktur yaradılacaq, şəhərdə formalaşan söküntü və tikinti tullantıları vahid ərazidə utilizə ediləcək.

Sənəddə bildirilir ki, Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.

Ümumilikdə Milli Strategiyanın məqsədləri bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycandakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi; çeşidləmə, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması; ictimai sağlamlığa və ətraf mühitə dəyən zərərin azaldılması məqsədilə potensial təhlükəli tullantıların xüsusi şəkildə idarə edilməsi; mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsi, həmçinin müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınmasıdir.

Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +