İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.10.2018  12:17 

Vətəndaşlar icbari tibbi sığortadan necə yararlanır?





A+  A-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzi” İctimai Birliyi tərəfindən pilot ərazilərdə əhali (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) və pasiyentlər (Mingəçevir şəhəri, Yevlax rayonu) arasında keçirilmiş sorğuların nəticələri əsasında hazırlanan analitik hesabatları ictimaiyyətə təqdim edib.
Agentliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, “İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən 400, Yevlax rayonundan 325 və Ağdaş rayonundan 400 respondent iştirak edib.

Mingəçevir şəhəri və Yevlax rayonunda həm icbari tibbi sığortanın (İTS) tətbiqi dövrünü əhatə edən (2017-2018-ci illər, son 12 ay), həm də İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddətlər (2016-cı il, 12 ay), Ağdaş rayonunda isə yalnız İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddət (2017-ci il, 12 ay) üzrə sorğu aparılmışdır. İTS-nin Ağdaş rayonunda sorğunun keçirildiyi vaxtdan bir ay əvvəl tətbiq olunduğunu və burada yaşayan vətəndaşların İTS sistemi barədə az məlumatlı olduğunu nəzərə alaraq bəzi parametrlər üzrə ümumi əhalinin fikri bu regionda öyrənilməyib.

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti İTS-nin tətbiq olunmasına müsbət münasibət bildirib. Mingəçevir şəhəri üzrə bu göstərici 88%, Yevlax rayonu üzrə 79.3%, Ağdaş rayonu üzrə isə 85.8% təşkil edir.

2017-2018-ci illərdə (son 12 ay) Yevlax rayonunda göstərilən tibbi xidmətlərdən ümumi əhalinin 88.6%-i, Mingəçevir şəhərində 86.5%-i, 2017-ci ildə (12 ay) Ağdaş rayonunda 76.7%-i məmnun olduğunu vurğulayıb. Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (Mingəçevir şəhəri üzrə 86.7%, Yevlax rayonu üzrə 85.8%), tibb müəssisəsinin sanitar – gigiyenik şəraiti (Mingəçevir şəhəri üzrə 89.7%, Yevlax rayonu üzrə 73.4%) və həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlıq (Mingəçevir şəhəri üzrə 71.8%, Yevlax rayonu üzrə 74.5%) müsbət qiymətləndirilib.

Sorğunun nəticələri onu deməyə əsas verir ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61.8%-dən 3.1%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot regionlarda yaşayan vətəndaşların baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.

Ağdaş rayonunda keçirilən sorğu ümumi əhalinin İTS-nin tətbiqindən kifayət qədər nikbin gözləntilərinin olduğunu ortaya çıxardı. Belə ki, respondentlərin 46.5%-i İTS-nin tətbiqinin cibdən ödənişlərin aradan qaldırılmasına, 56.5%-i əhalinin sağlamlığının yaxşılaşdırılmasına səbəb olacağını bildirib.

“İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair pasiyentlərin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən və Yevlax rayonundan eyni sayda pasiyent (hər regiondan 150 nəfər) iştirak edib. Sözügedən sorğu Prezidentin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirildiyi üçün bu pilot ərazidə İTS-nin tətbiqinə dair pasiyentlərin münasibətləri öyrənilməyib.

Sorğuda iştirak edən pasiyentlərin (Mingəçevir şəhəri və Yevlax rayonu) 90.3%-i İTS-nin tətbiqindən, 87.6%-i isə göstərilən tibbi xidmətlərdən məmnunluğunu bildirib.

Hesabatda göstərilir ki, pasiyentlərin əksəriyyəti səhhətləri ilə əlaqədar əsasən xəstəxanalara (86.7%) və Ailə Sağlamlıq Mərkəzlərinə (ASM) (82.5%) müraciət edir. ASM-lərdə əldə edilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 92.6% təşkil edir.

Respondentlərin 83.5%-i ödənişsiz tibbi xidmətlərə, 81.4%-i həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlığı, 87.4%-i isə cibdən ödənişlərin ləğv olunmasını müsbət qiymətləndirib.

Sorğuların nəticələrinə görə, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən pasiyentlərin sayı kəskin azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 45.3%-dən 0.7%-ə, Yevlax rayonu üzrə isə 63.3%-dən 1.3%-ə qədər endiyi müşahidə edilib.

Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 fevral tarixli 1830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı”nın 14-cü bəndinə əsasən keçirilmişdir. Hesabatlar ilə Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.

Xəbər 1164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +