İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


28.10.2018  14:56 

Razi Nurullayevdən təhsillə bağlı sərt ittihamlar: REALLIĞA BAXIŞ





A+  A-

“Təhsil millətin gələcəyidir”, “yaxşı təhsil yaxşı ölkə deməkdir”, “inkişafın yolu təhsildən” keçir. Dahilərdən gətirdiyimiz sitatları daha da inandırıcı etmək üçün dinlərin təhsilə baxışı ilə möhkəmləndiririk. Sonu nə olur? Sonunda böyük ümidlə məktəbə göndərdiyimiz övladlarımıza təhsil adına nələrin öyrədildiyi və ya ümumiyyətlə, öyrədilmədiyini görəndə yuxarıda sadalaqdıqlarımızın hamısı bir anda ilğım kimi yoxa çıxır. Azərbaycanda təhsil sisteminindəki problemləri görmək üçün ekspert olmağa ehtiyac yoxdur, əksəriyyətin evindən məktəbə gedənlər olur və sonra nələrin baş verdiyi özü adamın gözünə görünür. Ölkəni gələcəkdə bataqlığıa çəkəcək bir təhsil keyfiyyətin sabahımızı qorxudur və bizi cəmiyyət olaraq təhdid edir. İllərdir bu sahədəki vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edə-edə azı 3-cü naziri yola salmışıq, təhsil sisteminin özünü dəyişmişik, dövlət milyonlarla vəsait ayırıb, məktəblər, lazımi tədris müəssisələri tikilib, ancaq problemlər yerindədir və azalmaq əvəzinə artır.
Orta məktəblərdə fond pulu yığılmasından başlamış repetitorluğa qədər, ali məktəblərdə vəsaitlərin çatışmamasından tutmuş mütəxəssis hazırlığının keyfiyyətsizliyinə qədər bütün problemlər yerində "sayır". Bu dəyişilməzlik illərlə qalaqlanıb elə “daşlaşıb” ki, onlardan hamısını yox, heç olmasa, bir neçəsini həll edə biləcək, yaxud onu həll etməyə cəhd edəcək nazirə cəmiyyət qəhrəman kimi baxmağa hazır durumdadır. Amma dəyişən nazirlərdən heç biri bizim cəmiyyətin təhsil qəhrəmanı ola bilmədi. Bəlkə heç olmaq da istəmədi...

Təhsil problemlərini hamıdan çox, bu sistemdə çalışanlar daha yaxşı bilir. Onlar ictimaiyyətdən daha tutarlı problemləri bilirlər, çünki prosesin içindədirlər, görünməyən problemləri də görürlər, amma susurlar...

Məsələn, AXCP sədri Razi Nurullayev deyir ki, orta məktəb dərslikləri müəllimlərin özlərinin belə, o vəsaitlərdən istifadə edə bilməyəcəyi qədər bərbaddır. Orta məktəblərdə tədris proqramına uyğun olaraq dərs vəsaitlərinin olmaması sonda şagirdlərin qəbul imtahanlarında problemlərlə üzləşməsinə səbəb olur:

“Bu problem şagird və müəllimlərlə yanaşı, bütün valideynləri, bütövlükdə cəmiyyəti narahat edir: Dərsliklərdəki yanlışlıqları göstərmək üçün bir misal deyim. Bir neçə il öncə mənim övladlarımın müəllimləri məktəbdə paylanılan dərsliklərdən yox, onlara aldırdıqları keyfiyyətli vəsaitlərdən dərs keçirdilər. Çünki məktəbdə paylanılan dərsliklər bərbad gündədir. Görünən budur ki, Azərbaycan təhsilində nəinki monopoliya yanaşması var, həmdə kimlərəsə pul qazanmaq üçün xalqın genofondunu məhv etmək bahasına şərait yaradılır”.



Sonuncu cümlə kifayət qədər ciddidir. Amma bu iddanı təkzib edəcək kimsənin söykənəyəcəyi arqument varmı? Yoxdur! Çünki bu halda iddianın böyüklüyü onun doğru olmama ehtimalını artırmır, əksinə, hər kəsin düşüncəsinin ifadəçisidir. Sadə həqiqət var- monopoliya varsa, inkişaf yoxdur. Azərbaycan təhsili də kimlərinsə monopoliyasıdır, dərslikləri, tədris proqramları, hətta məktəbli forması ilə. Bu ölkənin təhsilindəki problemləri həll etmək yerinə məktəbli formasını belə monopoliyaya alaraq ondan pul qazanmaq üçün əlverişli istifadə edən və “şagirdlər arasında paltarla bağlı yaranan ayrı-seçkiliyi ortadan qaldırdıq”,- deyə minnətdən də çəkinməyənlər üçün qazanc qapısı sonunadək açıqdır.

AXCP sədri də deyir ki, Azərbaycanda təhsil sistemi bərbad gündədir,üstəlik ora hər gələn onu daha da bərbad günə salır:

“Təhsil elə günə salınıb ki, sanki Azərbaycan xalqının genefondunu məhv etməyə yönəldlib. Mən bunu çəkinmədən deyirəm, təhsil sistemində çalışanlar xalqın düşməninə çevrilirlər”.

Bu, əvvəlkindən daha ciddi münasibətdir. Bunu bir iddia da saymaq olar, amma iddianın böyüklüyü həm də həqiqətin böyüklüyünü rədd etmir. Bəlkə də kimsə əks fikir söyləmək istərdi, ancaq mümkündürmü? Təbii ki, nə ekspertlər, nə adi təhsil adamları hansısa fikir söyləmək istəməz də. Amma cavabdehlər necə? Onlar danışmamalıdırlarmı? Təbii ki, danışmalı və bütün bunlara cavab verməlidirlər. Təsdiq və ya təkzib öz işləridir, amma ortada cavab vermək zərurəti var. Buyurun və cavablandırın! Polemika açılsın və cəmiyyət görək kimin tərəfini tutacaq, kimə inanacaq? Partiya sədrinin sözlərinin hər gün gözləriylə gördükləri təsdiqinə, yoxsa bər-bəzəkli təkzib cümlələrinə?

Ölkədə təhsilin keyfiyyətnin necə olmasını hər kəs bildiyindən, o keyfiyyətin yüksəl olmasını iddia edən adam tapmaq mümkün deyil. Bəlkə də biz nadir ölkələrdənik ki, təhsilin keyfiyyəti ali məktəblərə qəbul imtahanlarında əldə edilən nəticələrlə ölçülür, halbuki bunu ölçənlərin özləri də bilir ki, əgər hansısa nəticə varsa bu, məktəbin yox, müəllim-repetitorun xidmətidir. Həmin müəllim - repetitorların dövlətdən aldığı əməkhaqqı müqabilində yox, valideyndən aldığı haqq müqabilində öyrətdiklərinin statistikada əksidir. Baxmayın ki, hər il qəbulun nəticələrinə dair iclaslarda 600-dən yuxarı bal toplayanlaırn sayı ilə öyünən direktorlar zala başıdik girir, nazirin gözü qarşısında oturmağa yer axtarır, amma butün bu özgüvənlik belə məktəbə olan etimadı yerdən qaldıra bilmir. Vəziyyəti hamıdan, hətta o iclasların kürsüsündə oturanlardan da ən yaxşı bilən elə o direktorlardır. Hansılar ki, hər dərs ilinin əvvəlində potensial “600 ballıq”larla bağlı repetitor müəllimlərə tapşırıqlar verir, “məktəbin və mənim taleyim bundan asılıdr” deməkdən belə çəkinmir, dərsə davamiyyətə nəyinsə xatirinə göz yumur, yaxud çox vaxt özü də buna şərait yaradırlar. Əsas statistikadır, onu vermək üçünsə şagirdin və müəllimin məktəbdə olması əsas deyil.



Azərbaycanda buraxılış və qəbul imtahanları qədər təcrübə dovşanına döndərilmiş ikinci sahə yoxdur. Əgər əvvəllər bu dəyişikliyin təhsilin inkişafına xidmət etdiyinə dair fikirlərinə adamları inandırmaq üçün nələrəsə cəhd edirdilərsə, indi heç buna da ehtiyac görmürlər. Nə də olsa, sistem və uğur onların, uğursuzluq isə uşaqlarımızıdır. Hər kəs öz bəxtinə düşənlə kifayətlənməlidir. Lap növbəti dəfədən ingilis dilindən dinləmə testinin də imtahana salınması kimi. “Soruşmaq lazımdır, siz onlara dinlətmisinizmiki, imtahana da salırsız? Sizin hansı məktəbinizdə linqafon otaqları var? Ancaq bir neçə məktəbdə var ki, o da görüntü üçündür. Əminəmki, o otağın qapıları aylarla açılmır. Təhsilə olan bucür laqeydlik Azərbaycan xalqına qarşı düşmənçilik deyil, bəs nədir?”,- deyə Razi Nurullayev sual verir.

Bizsə başqa sual qoyaq. Əgər 5-ci sinifdə oxuyan şagird rus dilində bircə hərf tanımadan proqrama əsasən bu dildəki şeiri əzbərləməyə vadar edilirsə, illər sonra ondan indikinin əksinə xarici dili dinləmək yox, oxumaq tələb olunsa, necə olacağı sualına cavabı kim və necə verə bilər? Amma bu, sadəcə cavab istəyidir, çünki cavab verəcək kimsənin öz verəcəyi cavaba əminliyi bu suala əminlik qədər olmayacaq.

Hazırda rus bölməsində təhsilə maraq göstərənlərin sayı sürətlə artır. Ona görə yox ki, hamı rusdilli olub “intiligent” görünmək istəyir. Təbii ki, bu da səbəbdir, amma tək səbəb deyil. Digər səbəblər rus bölməsində tədrisin keeyfiyyətinin nisbətən yüksək olması, bu bölmədə oxuyanlara qarşı nisbətən fərqli münasibət, ən azından “açıq bazar” söhbətlərinə qarşı müəyyən dirəniş, xüsusilə də ali məktəblərə qəbul imtahanlarında bu bölmədə balların aşağı olmasıdır. Kifayət qədər çox səbəbdir.

Razi Nurullayev də valideyn olaraq hesab edir ki, Azərbaycan dilli məktəblərdə verilən təhsil uşaqların dünyagörüşünü artırsaydı, onlara rusdilli məktəblərdəki kimi bilik verilsəydi, hər kəs övladını elə Azərbaycan dilli məktəblərdə oxudardı: “Amma etiraf etməliyik ki, valideynlər övladlarını rus məktəblərinə ona görə qoyur ki, rus dilli məktəblərdə olan müəllimlərin bilik və dünyagörüş səviyyəsi daha yüksəkdir, Azərbaycandilli məktəblərdə isə aşağıdır. Təhsil səviyyəsini qaldırmaq lazımdır. Hesab edirəm ki, nəinki rusdilində, ingilis, fransız, yapon və sair dillərdə də məktəblər yaradılmalıdır. Azərbaycan kiçik dövlətdir, biz dünyaya çıxmalıyıq, diplomatlar yetişdirməliyik. TəkcəAzərbaycan dilini bilməklə dünyaya çıxmaq mümkün deyil. Sərhədi keçən kimi getdiyin ölkənin dilində danışmalısan. Bu baxımdan rus dilinin də məktəblərdə tədris edilməsində qüsur görmürəm. Qüsur hansısa dilin tədrisi deyil, qüsur dərslikləri bərbad gündə hazırlayan şəxslərdəvə bu sahəni nəzarətsiz buraxanlardadır”.

Partiya sədri çıxışının sonunda “nəzarətsiz” deyir, amma ənböyüknəzarət məhz elə bu nəzarətsizlikdə gizlənib. Gəlin eksperiment edək.Nə də olsa, bizim Təhsil Nazirliyi eksperimentləri sevir.Hətta o qədər sevir ki, sayın çoxluğundan bəzisini hətta unudur da.5 ballıq qiymətləndirmə sisteminin 9 ballıq qiymətləndirmə sistemiylə əvəz edilməsinə dair eksperimenti illərlə unutduğu kimi. Bunu haşiyə kimi qəbul edin və gəlin biz də bir eskperiment keçirək. Təhsil Nazirliyi sistemində ən yüksək və ən aşağı vəzifə tutanların övladlarının hansı dildə oxumasına dair elə özlərinə sual ünvanlayaq. Cavablar təhsilin səviyyəsinin ən böyük etirafı olacaq. (cebhe.info)

Xəbər 863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +