Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.10.2018  09:16 

Həyətimizdəki ağacı kəsə bilərik?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.

İ.İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.

Nazirlik rəsmisi bildirib ki, yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.

İ.İbrahimova qeyd edib ki, qeyd olunan qaydalar, inzibati cərimə və ziyan tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqlara şamil edilmir.

Xəbər 1068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +