Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


12.10.2018  10:32 

Səmayə Məmmədova: “Qarşıma sözünün ağası olan insan çıxmayıb”





A+  A-

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Modern.az saytına müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Samayə xanım, əksər hallarda mətbuat katiblərinə təmsil olunduqları qurum barədə suallar ünvanlayırıq. Bu dəfə fərqlilik etmək istəyirik. Öncə soruşaq: əhvalınız necədir?

- Çox sag olun. Ən azından bu gün dünənkindən daha yaxşıdır. Sabah isə bugundən də gözəl olacaq. Demək ki, əhvalım əladır...

- Təxminən bir ay bundan qabaq Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlər arasında siz də varsız. Bir xanım olaraq hisslərinizi bizimlə bölüşərdiniz?

- Təbii ki, qürur, sevinc, məsuliyyət hissi və çox böyük stimul... Cənab Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmək sadəcə gördüyün işə verilən yüksək qiymət deyil, eyni zamanda, işinə daha fərqli və daha məsuliyyətli yanaşmadır.

Bilirsiniz, cənab Prezidentin mənzil hədiyyə etdiyi mətbut katibləri arasında mən də varam. Bu il isə ölkə başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olundum. 2013-2014 cü illərdə “2017-2015-ci illərdə Xaricdə təhsi Dövlət Proqramı” vasitəsi ilə İngiltərinin Nyukastl universitetində media, PR və kommunikasiya sahəsi üzrə maqistr dərəcəsi almışam. Dövlətimin qayğısını, arzularımın gerçəkləməsi istiqamətində mənə göstərilən dəstəyi gördüyüm zaman qürur və sözün əsl mənasında sevinc hissi duyuram. Bütün bunlar mənə böyük stimul verir.

- Uzun illərdir ki, mətbuat katibi vəzifəsində çalışırsınız. Bunun çətin və fərqli tərəfləri nədən ibarətdir?

- Mətbuat katibini çalışdığı qurumun siması, bu qurumla media arasında körpü də adlandırmaq olar. Mətbuat katibini eyni zamanda, əlaqələndirici şəxs və hətta qurum üçün ən həssas məqamların həllində bilavasitə təsiredici qüvvə də adlandırmaq olar.

Əgər körpünün bünövrəsi möhkəm və sağlam dayaqlar üzərində qurulubsa, demək ki, burada etibar və güvəndən əminliklə danışmaq olar.

Bilirsiniz, bu sahədə yaradıcı və yeni ideyalarla zəngin olmaq da önəmli və faydalı tərəflərdən biridir. Mətbuat katibi vəzifəsinə televiziyadan gəlməyim bu işin incəliklərini daha dərindən bilməmdə mənə çox böyük yardımçı oldu. 1998-2004-cü illərdə “Space” Müstəqil Teleradio şirkətində aparıcı, müəllif olaraq çalışmışam. Əminliklə deyə bilərəm ki, işə fərqli yanaşmada, nazirlik tərəfindən həyata keçirilən layihələrin media vasitəsi ilə ictimaiyyətə daha kreativ çatdırılmasında, bütün bunlarla yanaşı, media incəliklərinə bələd olmamda televiziya məktəbinin əvəzsiz rolu olub.

Əgər bu sahənin fərqli tərəflərindən danışırıqsa, jurnalist yazdığı yazıya, süjetə cavabdehdir. Mətbuat katibi isə təmsil etdiyi qurumun siması olmaqla bu qurumun mediada, ictimaiyyətdə nüfuzuna birbaşa cavabdeh olan şəxslərdən biridir.

- Nə zamansa mətbuat katibliyindən getmək barədə düşünmüsünüzmü?

- 14 ildən artıqdır ki, mətbuat katibi olaraq çalışıram. Bu sahədə ilk sınağım 2004-2005-ci illərdə Vergilər Nazirliyinin media departamentində olub. 2005-2007-ci illərdə isə Səhiyyə Nazirliyində mətbuat katibi olaraq çalışmışam. Son 11 ili Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq fəalliyyətimi davam etdirirəm.

Nazirlik gənclər və idman sahələrini əhatə etdiyi üçün, burada yaradıcılığa, fərqliliyə daha geniş imkanlar açılmış olur. Hər hansı bir layihənin mediada təbliğatı sadəcə mətbuatın dəvəti deyil. Layihənin uzun və qısamüddətli olmasından asılı olmayaraq, strategiyanın, analizin, layihənin zəif və güclü tərəflərinin işlənilməsi, bu layihənin ictimaiyyət üçün önəminin araşdırılması, media monitorinqinin aparılması təbii ki, yaradıcı və eyni zamanda peşəkar yanaşma tələb edir. Media dünyasının günbəgün deyil, saatbasaat, anbaan dəyişdiyini, inkişaf etdiyini, tələbələrin böyüdüyünü nəzərə alsaq, təbii ki, işin də durmadan artığını aydın şəkildə görmək olar. Media sahəsində daim dalğanın önündə olmaq lazımdır. Əks halda gecikə ya da çox geridə qala bilərsən...

Xüsusi olaraq qeyd edim ki, çalışdığın qurumun rəhbərinin, kollektivinin də işə olan münasibətinə çox böyük təsiri var. Çox sevinirəm ki, rəhbərim, nazir Azad Rəhimov daim yeniliyə, yaradıcılığa açıq bir şəxs olaraq, mənə bu illər ərzində daim dəstək göstərib, dəyərli məsləhətlərini heç vaxt əsirgəməyib. Qürurla son 11 il ərzində çox gözəl məktəb keçdiyimi və keçməkdə olduğumu deyə bilərəm.

Sualınıza cavab olaraq deyim ki, çalışdığım sahədə daim yeniliyə can atdığım üçün, düzü onu dəyişmək barədə heç düşünməmişəm. Amma mətbuata gəlməsəydim, musiqini davam etdirsəydim, bu gün mütləq peşəkar bir pionoçu olardım.

- Sizin həm də böyük televiziya təcrübəniz var. O illərdən bu yana televiziya mühitində nələr dəyişib?

- Bu gün media, televiziyalarımız, təbii ki, daha çox inkişaf edir. Müasirlik, texnologiya sahəsində inkişaf, dünya media aləminin yenilikləri bizdən də yan keçməyib. Mühitin nə qədər dəyişməsi sualına gəldikdə isə düzü, çox şey dəyişib. Əfsuslar, bəzi zamanlarda mövzuya yanaşma, insan faktoruna, yaşantılara, insan həyatına təsir edən bir çox hadisələrə olan həsasslıq dəyişib. Bu gün çox şey səs-küyün, reytinqin üzərində qurulub. Bəzən, insan faktoru, insan hissləri ikinci, hətta son plana keçir desəm, yanılmaram. Sosial şəbəkənin, Facebook, İnstagram-ın təbii ki, rolu böyükdür. İnformasiyanın ictimaiyyət arasında geniş yayılmasında, insanlararası əlaqələrin daha sıx qurulmasında, reallıqların cəmiyyətə açıq güzgü kimi ötürülməsində onların hər birinin özünəməxsus rolu var. Amma bütün bu müsbət tərəflərin fonunda, mənim üçün ən qorxulusu sosial şəbəkələrin insan hisslərini arxa plana salması, bir zamanlar insan üçün dəyərli olan insani münasibətlərin, hisslərin artıq getdikcə adiləşməsi, hətta bəzən heçə çevrilməsidir. Ümid edirəm ki, insan dəyərinin öləcəyi günü görməyəcəyik.

- Yenidən nə zamansa televiziyaya qayıtmaq istəyərsizmi? Məsələn, həmkarınız Anar Nəcəfli hazırda məmur postunda olsa da, ARB kanalında veriliş aparır.

- Mən “Space” Teleradio şirkətində 1998-2004-cü illərdə çalışmışam. O illərdə kanalımızda öz imzası, öz dəsti-xətti olan, yüksək səviyyəli peşəkarlar çalışırdı. Onların hər birindən az da olsa öyrənmək, məsləhətlərini dinləmək, yeri gələndə bir zamanlar çox ağrılı görünən, lakin zaman keçdikcə deyilən sözlərin inkişafa nə qədər müsbət təsir etdiyini görmək qüruru hissi yaşadır. Mənim televiziyada Nadir Bədəlov, rəhmətlik Rafiq Hüseynov kimi müəllimlərim olub. Əminəm ki, bu cür böyük məktəb keçən insan üçün aparıcılıqdan uzaq düşmək, televiziyadan uzaq düşmək demək deyil. Əsas məsələ bünövrənin düzgün qoyulmasıdır. Maraqlı təklif gələrsə, böyük məmnuniyyətlə onu dəyərləndirirəm.

- Samayə xanım, bir qədər də şəxsi həyatınızdan danışaq. Subay və gözəl xanımsınız. Hər halda elçiləriniz də az deyil. Ailə qurmaq barədə düşüncələrinizi eşitmək istərdik. Ümumiyyətlə, ailə dəyərləri necə olmalıdır?

- Bilirsiniz, insan çox böyük imkan, şərait, şan-şöhrət, ad-san, nüfuz sahibi ola bilər. Amma şəxsi münasibətlərdə cəsarətli, ürəkli, mərd deyilsə, demək ki, onun insan olaraq heç bir dəyəri yoxdur. Təbii ki, mənə öz hisslərini etiraf edən, istəyini bildirən insanlar olub. Amma hələ ki qarşıma sözünün ağası olan, tam güvənə biləcəyim birisi çıxmayıb. Çıxarsa, təbii ki, şəxsi münasibətlər barədə ciddi düşünəcəm.
Ailə dəyərləri necə olmalıdır dedikdə isə gözümün önünə, böyüyüb boya-başa çatdığım ailəm, valideynlərim, bacılarım, valideynlərimin biz övladlara, bir- birilərinə olan münasibəti, hörmət, anlayış və sevgiləri gəlir. Mənim üçün atam düşünən beynim, anam isə döyünən ürəyimdir. Atamla məsləhətləşir, anamla hiss edirəm. Mənə olan inamları, güvənləri, bir an belə əsirgəmədikləri sevgiləri, göstərdikləri sonsuz qayğı və diqqət üçün onlara təşəkkür edirəm. Qarşılarında baş əyirəm!

- Bəs gələcək həyat yoldaşınız hansı kriteriyalara sahib olmalıdır?

- Bilirsiniz, bu sala cavab verməyə düzü çətinlik çəkirəm. Hər şey bu qədər asan olsaydı, həyat tam fərqli qurulardı. Əminəm ki, qarşıma elə bir insan çıxdığı zaman, ürəyim və beynim mənə düz yolu göstərəcək...

Xəbər 3504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +