“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


01.10.2018  13:49 

Qüdrət Həsənquliyevdən təhlükəli AÇIQLAMA





A+  A-

“Biz işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlamalıyıq”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər:

“Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil:

“Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”.

Xəbər 1110 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +