Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.09.2018  08:43 

Bakıda nə qədər sürücü cərimələnib?





A+  A-

2018-ci il yanvarın 1-dən sentyabrın 23-ə qədər Bakı şəhəri üzrə yol-hərəkət qaydalarını pozmağa görə 477 mindən artıq inzibati protokol tərtib edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bundan əlavə Bakı şəhəri üzrə quraşdırılmış kameralar vasitəsilə 410 minə yaxın elektron protokol yazılıb.

Bölmə rəisinin sözlərinə görə,sərnişindaşıma qaydalarının pozulmasına görə 4235 sürücü, yol ayrıcının keçmə qaydalarının pozulmasına görə 160,339, işıqforun qadağanedici işığında hərəkətə görə 25,821, konstruksiya dəyişikliyi edən 394, təhlükəsizlik kəmərindən istifadə etməyən 45,774, sükan arxasında telefonla danışan 19124, ötmə, manevretmə qaydalarını pozan 1413, yükdaşıma qaydalarını pozan 208 sürücü barəsində inzibati protokolun təsdiq olunduğu aydın olur.

Xəbər 3160 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +