Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


26.09.2018  17:45 

Agentlik jurnalistlər üçün 2 müsabiqə elan etdi





A+  A-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzusunda yazı müsabiqəsi elan edir.
İTSDA-dan XəzərNews.az-a verilən məlumata görə, iştirakçılar müsabiqə mövzusunda aşağıdakı istiqamətlərdən biri üzrə məqalələr təqdim edə bilərlər:

* İcbari tibbi sığorta nədir;

* İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək;

* İcbari tibbi sığortanın tətbiqi pilot ərazilərdə yaşayan əhalinin həyatında nəyi dəyişdi;

* İcbari tibbi sığorta sistemi çərçivəsində çalışan bir həkimin uğur hekayəsi;

* İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin işinin təşkili;

* İcbari tibbi sığortanın tətbiqində dayanıqlı maliyyə mənbələrinin rolu.

Müsabiqənin əsas məqsədi əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılması, ictimaiyyətin rəy və münasibətinin öyrənilməsi, Azərbaycanda icbari tibbi sığortanın uğurlu tətbiqi üçün alternativ dayanıqlı maliyyə mənbələrinin və bu sahədə beynəlxalq təcrübənin təhlili ilə əlaqədar araşdırmaların aparılmasıdır.

Müsabiqə üçün yazılan məqalələrdə icbari tibbi sığortanın əhali və ölkə üçün birbaşa, uzun müddətli müsbət təsirləri və faydaları vurğulanmalıdır.

Kimlər iştirak edə bilərlər:

Müsabiqədə jurnalistlər iştirak edə bilərlər.

Müsabiqənin şərtləri:

Məqalə 5-8 min işarədən çox olmamalıdır;

Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dillərində ola bilər;

Yazılara müsahibin razılığı ilə verilmiş müsahibələr daxil edilə bilər;

Müsabiqəyə təqdim edilən yazılar müsabiqədən əvvəl heç bir yerdə dərc olunmamalıdır;

Müsabiqəyə 2018-ci ilin oktyabr ayının 25-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin onlayn xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə 2018-ci il 26 sentyabr – 25 oktyabr tarixlərində keçirilir.

Müsabiqənin nəticələri 2018-ci ilin noyabr ayında elan ediləcək.

Qaliblərin mükafatlandırılması:

Müsabiqədə ilk 3 yerin qalibləri pul mükafatları və diplomlar ilə təltif olunacaq:

I yer – 1000 manat II yer – 800 manat III yer – 500 manat

Eyni zamanda müsabiqədə həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulur.

Məqalələrin qiymətləndirilmə meyarları:

Müsabiqəyə təqdim edilmiş yazıda mövzuya dair innovativ yanaşmaların əks olunması;

Yazının oxucu üçün informativ olması;

Yazının ümumilikdə mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etməsi;

Yazıda mövzu ilə bağlı faktlara istinadın olması;

Yazıda digər ölkələrin təcrübələrinin təhlili;

Azərbaycanda icbari tibbi sığortanın tətbiqində dayanıqlı maliyyə mənbələri ilə əlaqədar təkliflərin olması;

Dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi.

Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum sayda oxucuya çatdırılması arzuolunandır.

Məqalələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsinin nümayəndələri qiymətləndirəcək.

Yazıların təqdim edilməsi: Məqalələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin [email protected] elektron poçt ünvanına (mövzu hissəsində “Yazı müsabiqə” sözü qeyd olunmalıdır) 25 oktyabr saat 18:00-dək göndərilməlidir.

Məktubda yer almalıdır:

Yazı qəzet və jurnalda çap edilibsə yazının çap olunduğu qəzet və jurnalın elektron surəti;

Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link;

Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin elektron surəti;

Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə nömrəsi: +99412 310 07 70

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həmçinin, "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi icbari tibbi sığorta və icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər haqqında əhalinin məlumatlılıq səviyyəsinin artırılmasıdır.

Hazırlanan videoçarxlarda icbari tibbi sığortanın əhali və ölkə üçün birbaşa, uzun müddətli müsbət təsirləri və faydaları vurğulanmalıdır.

Kimlər iştirak edə bilərlər:

Müsabiqədə yalnız tələbələr, o cümlədən 35 yaşadək olan fiziki şəxslər iştirak edə bilərlər.

Müsabiqə gələcəyə təsir göstərə biləcək şəxslər kimi gənclərin diqqətinin icbari tibbi sığortaya yönəldən bir vasitədir. Buna görə də müsabiqə əsasən tələbə və gənclər üçün nəzərdə tutulub.

Müsabiqənin şərtləri:

Videoçarxlar 2 dəqiqədən çox olmamalıdır;

Bir iştirakçı tərəfindən maksimum 2 videoçarx təqdim edilə bilər;

Videoçarxlara müsahibin razılığı ilə verilmiş müsahibələr daxil edilə bilər;

Müsabiqəyə təqdim edilən videoçarxlar əvvəllər heç bir yerdə yayımlanmamalıdır.

Müsabiqə 26 sentyabr – 25 oktyabr 2018-ci il tarixlərində keçirilir.

Müsabiqə çərçivəsində qalib olan videoçarxdan müstəsna istifadə hüququ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus olacaq və müəllif tərəfindən bu videoçarxdan digər şəxslərə istifadə hüququnun verilməsi qadağandır.

Müsabiqənin nəticələri 2018-ci ilin noyabr ayında elan ediləcək.

Qaliblərin mükafatlandırılması:

Müsabiqədə ilk 3 yerin qalibləri pul mükafatları və diplomlar ilə təltif olunacaq:

I yer – 1000 manat II yer – 800 manat III yer – 500 manat

Eyni zamanda müsabiqədə həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulur.

Videoçarxların qiymətləndirilmə meyarları:

Mövzunun ideyasına tam uyğunluğu;

Müəllif mövqeyinin, ssenari düşüncəsinin orijinallığı;

İdeyanın açıqlanması, məzmunun bütövlüyü.

Videoçarxların sosial şəbəkələr vasitəsilə geniş izləyici kütləsinə təqdim olunması, maksimum sayda izləyiciyə çatdırılması arzuolunandır.

Videoçarxları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsinin nümayəndələri qiymətləndirəcək.

Videoçarxların təqdim edilməsi:

Videoçarxlar MP4 formatında “Google Drive” bulud xidmətinə yüklənilməli və həmin linklər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin [email protected] elektron poçt ünvanına (mövzu hissəsində “Videoçarx müsabiqə” sözü qeyd olunmalıdır) 25 oktyabr saat 18:00-dək göndərilməlidir.

Məktubda yer almalıdır:

Videoçarx elektron mediada və ya sosial şəbəkədə yayımlanıbsa, bunu təsdiqləyən link;

Videoçarxı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin elektron surəti;

Videoçarxı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə telefonu: +99412 310 07 70

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93

Xəbər 1046 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +