Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.09.2018  11:09 

“Türmədə hər gün narkotik tərkibli dərman içirəm”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilənlər – Eldar Hüseynov və Viktor Mustafayevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub.
Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib, hətta onlar iddia ediblər ki, özləri əməliyyat keçirib narkotik satan bir şəxsi tutmaq istəyiblər.

E.Hüseynov bildirib ki, narkotik aludəçisi olduğu üçün 9 ildir Narkoloji Mərkəzdə müalicə olunur: “Mən Balaxanı qəsəbəsində ailəmlə yaşayırdım. Bizim qonşuya yeni adamlar gəlmişdi, kirayə yaşayırdılar. Öyrəndim ki, onlar qəsəbədə narkotik satırlar. Mən də bu zəhrimarı çəkmişəm deyə istəmədim məhəlləmizi zəhərləsinlər. Gedib onlarla danışıb məhəllədən qovdum. Qoymadım ki, biz tərəfə nəşə satsınlar.

Sonra arvadımdan ayrılıb Zabratda ev tutub Rəna adlı qadınla yaşayırdım. Həmin vaxt tanış bir qız vasitəsilə Viktoru tanıdım. Viktor dedi ki, Xətai Rayon Polis İdarəsində işləyir və nəşə satan olsa ona xəbər edim. Viktor bilirdi ki, mən çəkənəm. Hadisə günü də Viktoru çağırdım, bir nəfər “krupnu” nəşə satan var idi, onun yerini göstərəcəkdim. Əvvəlcə, mənim evimə gedib yemək yedik. Elə evdə olan vaxt polislər qapını sındırıb içəri girdi. Məni döyüb soruşurdular ki, narkotik hardadı. Bir saat evi axtarıb heç nə tapmadılar, sonra yenə məni döydülər. Polislərdən biri çölə çıxıb təkrar evə qayıtdı və narkotik tapdığını dedi.

E.Hüseynov əlavə edib ki, həkim resepti ilə hər gün narkotik tərkibli dərman qəbul edir: “İşin arasında mənim sertifikatım var, özünüz oxuyun görəcəksiniz. Mən hər gün Narkoloji Mərkəzə gedib 50 qram metavitamin qəbul edirəm. Ora isə saat 3-də bağlanır, çata bilməyəndə özüm apteklərdən metadon alıb qəbul edirəm. Hər ikisinin tərkibi eynidir. İndi də türmədə hər gün o narkotik tərkibli dərmandan gətirib verirlər, içirəm”.

Daha sonra digər təqsirləndirilən Viktor Mustafayev ifadə verib. O isə uzun müddətdir polis orqanları ilə əməkdaşlıq etdiyini deyib.

Hakim bildirib ki, onların saxlanılması üçün əməliyyatı keçirən polis əməkdaşları növbəti iclasda şahid qismində ifadə verəcəklər.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Xəbər 1493 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +