Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


21.09.2018  12:07 

Bakıda 3D formatlı piyada zolaqları qurulacaq?.. - AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində 3D formatlı piyada zolağı çəkilib. Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarının şəhərin digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.
Piyada zolaqlarının yaxınlığında ölümlə nəticələnən qəzaların baş verməsinin qarşısını almaq üçün bu cür zolaqların effektli olduğu bildirilir.

Ekspertlərin bildirdiyinə görə, “zebra” adlandırdığımız eynisəviyyəli piyada keçidlərinin maarifləndirmə məqsədilə şəhərin iki yerində çəkilməsinə icazə verilir.

Bakıda da belə piyada keçidləri çəkilə bilərmi?

XəzərNews.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, bu kimi piyada keçidlərinin çəkilməsi maarifləndirmə aksiyaları çərçivəsində mümkündür:

“Burada əsas məqsəd sürücülərin diqqətini piyada təhlükəsizliyinə yönəltməkdir. Bildiyiniz kimi, Bakıda da piyada təhlükəsizliyi ilə bağlı həm maarifləndirmə, həm də uyğun infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Əlbətdə həyata keçirdiyimiz piyada təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri çərçivəsində buna bənzər tərtibatda piyada keçidlərin çəkilməsi mümkündür”.

M.Ağayev bildirib ki, maarifləndirmə işləri çərçivəsində ehtiyac yaranarsa, bu cür piyada zolaqları salına bilər.

Qeyd edək ki, 3D formatlı zolaqlar yerə düzülmüş bordür effekti yaradır.

Xəbər 3389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +