Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


20.09.2018  21:23 

“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul “atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib.

Rauf Bəşirov da əvvəllər Elnurla birgə iş gördüyünü deyib: “2009-2013-cü illərdə çay evi işlədirdim, Elnur da ora gəlib gedirdi. Eləcə tanış olduq, o demişdi ki, xaricdən ucuz kartric gətirib satır. Mən də qazanc əldə etmək üçün pul verməyə razılaşdım. Ümumilikdə Elnura 20 min manat vermişəm. Hər həftə hissə-hissə olaraq pulumu qaytardı. Onun şəriki olduğunu bilmirdim. Elnurla biznes qurmağımı Həbib deməyib, özüm istəmişəm. Elnurla da özümün münasibətim var idi, onunla özüm danışdım”.

Hakim bildirib ki, R. Bəşirov istintaqa ifadəsində fərqli danışıb. O deyib ki, Elnurla iş görməyə Həbib Axundovun təşəbbüsü ilə qoşulub: “Həbib dedi Elnur yaxşı iş qurub. Onun təklifi ilə mən də işə qoşuldum. Həbib şərt qoymuşdu ki, qazancın yarısını ona verim. Mən də hər həftə Elnurun mənə verdiyi 600-650 manat puldan 300 manatını Həbibə verirdim”.

Həbib Axundov məhkəmədə deyib ki, Raufun öz xahişi ilə onu Elnurla tanış edib. Orxan Xanbalayev isə E.İbrahimova 50 min manat verdiyini deyib:

“Pulun geri qaytardığı yadımda deyil. Çünkü mənə qazanc verirdi, şikayətçi deyiləm. Elnuru tutanda biz onu Həbib Axundovun bağ evinə apardıq. Həmin zaman orada bir çox zərərçəkmiş var idi. Elnur dedi ki, katric biznesi yoxdur, pulu bundan alıb, ona vermişəm. Sonra Yasamal Rayon Polis İdarəsinə gəlib, müraciət etdik. Lakin rəsmi ərizə ilə müraciət etməmişik”.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.

Xəbər 1311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +