İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.09.2018  21:28 

İtkin düşdüyü deyilən sahibkar öldürülübmüş





A+  A-

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunda törədilmiş ağır cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən birgə məlumata görə, 2018-ci il sentyabrın 4-də Quba rayon sakini İlqar Fərhadov hüquq-mühafizə orqanlarına müraciət edərək qardaşı, Beyləqan rayonunun Türklər kəndindəki fermanın ərazisində tikdirdiyi evdə yaşayan və heyvandarlıqla məşğul olan İldırım Fərhadovun cari il iyul ayının 28-də Rusiyanın Yessentuki şəhərinə istirahətə getdiyini və ötən müddət ərzində ondan məlumat ala bilmədiyini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və onun respublikanı tərk etmədiyi müəyyənləşdirilib.

Araşdırmalar zamanı İ.Fərhadovun qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sahibkarın itkin düşməsilə birbaşa əlaqəsinin olmasına əsaslı şübhələr yaranıb.

Sentyabrın 9-da Bakı şəhərində saxlanılmış Ə.Sadıqova təkzibedilməz sübutlar və şahid ifadələrindən sonra İ.Fərhadovun cari il iyul ayının 26-da sonuncuya məxsus fermada Beyləqan rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin ərazidə basdırıldığını etiraf edib.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd “İJ-16” markalı tüfəng maddi sübut kimi götürülüb. İldırım Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyatı üzrə təhvil verilib.

Faktla əlaqədar Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs istintaqa ifadəsində bu ağır cinayəti tamah məqsədilə törətdiklərini etiraf ediblər.

İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 979 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +