İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.09.2018  13:11 

Eldar Mahmudov sabiq “kassir”inə həbsxanada baş çəkib? - Vəkildən açıqlama





A+  A-

“Akif Çovdarov azadığa çıxacağına inanır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova baş çəkən vəkili Kamandar Nəsibov bildirib.

Hüquqşünas qeyd edib ki, müvəkkili azadlığa çıxacağına çox ümidlidir:

“Ümid həmişə var. Akif Çovdarov çox iradəli adamdır. Özü də deyir ki, onun tutulması ilə bağlı müəyyən vəzifəli şəxslər ölkə rəhbərliyinə yalan məlumatlar veriblər. Çovdarov bildirir ki, məruzələrin çoxu yalan olub.Guya Akif Çovdarov parnikdə gizli türmələr saxlayıb, adam öldürüb vəs. O cinayətlər ki, müvəkkilimə yükləmək istəyirdilər, onların heç biri sübuta yetirilmədi. İstintaq tamamlananda həmin ittihamlar artıq yox idi. Onu da deyim ki, Çovdarovun işi üzrə zərərçəkmiş şəxslərin 90 faizi ya əvvəl, ya da istintaqdan sonra dədləduzluqla tutulmuşdu. Bunlar o şəxslərdir ki, istintaq vaxtı onlara vədlər verilirdi ki, Çovdarovun üzünə dursunlar.Əksəriyyəti bununla azadlığa çıxacağını düşünsə də, əksəriyyəti həbs olundu”.

Maraqlıdır ki, bu müddət ərzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli”, “kassiri” kimi tanınan Akif Çovdarova baş çəkibmi?

Vəkil bununla bağlı detallı məlumata sahib olmadığını bildirib:

“Mən bildiyim qədərilə Eldar Mahmudov Çovdarova baş çəkməyib. Hazırda Eldar Mahmudovun hüquqi statusunun nə yerdə olduğu barədə məlumatsızam. Bəlkə də hasısa şəkildə Akif Çovdarovdan məlumat alıb. Amma fakt olaraq həbsxanada Akif Çovdarova baş çəkməyib”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 2007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +