Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.09.2018  13:26 

Firidun İbrahiminin 100 illiyi ilə bağlı müsabiqə elan olundu





A+  A-

Müsabiqə 21 noyabr 1918-ci ildə dünyaya göz açan, görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, jurnalist, publisist, şair, təhqiqatçı, Azərbaycan Demokrat Firqəsinin və “21 Azər” Hərəkatının ünlü simalarından sayılan, Milli Hökumətin Baş Prokuroru, şəhid, İran xalqlarının Milli Qəhrəmanı Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunur.
XəzərNews.az bildirir ki, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin birgə müsabiqəsindən məqsəd jurnalistlərin, media ilə əməkdaşlıq edənlərin diqqətini unudulmaz şəxsiyyətin çoxşaxəli həyat və mübarizə yoluna bir daha çəkmək, hər bir ölkədə bu mövzuda dolğun, oxunaqlı yazılara imza atanların yaradıcılıq və zəhmətlərini dəyərləndirməkdir.

Müsabiqəyə 2018-ci il sentyabrın 1-dən oktyabrın 20-dək müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində - qəzet, jurnal, informasiya agentliklərində, saytlarda gedən yazılar buraxılacaqdır.

İSTİQAMƏTVERİCİ MÖVZULAR:

Firidun İbrahimi XX əsrin görkəmli ictimai-siyasi xadimlərindən biri kimi;
Azərbaycan Milli Hökumətinin hüquqi aktlarının hazırlanmasında və hüquqi islahatlarının həyata keçirilməsində Firidun İbrahiminin rolu və xidmətləri;
Firidun İbrahimi jurnalist kimi;
Firidun İbrahiminin publisistikası.
Firidun Ibrahimi Diplomat kimi.

MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ YAZILARDA ÜSTÜNLÜK VERİLİƏCƏK CƏHƏTLƏR

Mövzunun dolğun əhatə edilməsi, fərdi yanaşma;
Tarixi faktlardan, mənbələrdən, canlı şahidlərin xatirələrindən istifadə;
Plagiata yol verilməməsi;
İfadə vasitələrinin zənginliyi.
Müsabiqədə janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, fars, rus və ingilis dillərində qələmə alına bilər. Həcmi 9-11 min işarədən çox olmamalıdır. Sonda “Firidun İbrahimi -100” beynəlxalq yazı müsabiqəsinə təqdim edilir “ qeydi olmalıdır.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən (Bakı şəhəri, Əlibəy Hüseynzadə 66) ünvanında və ya müəllifin elektron ünvanından [email protected] ünvanına elektron qaydada təqdim edilməlidir.

YAZI MÜƏLLİFİ AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİR:

əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);
müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;
yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa, müəllifin adı qeyd edilməməklə Word faylında);
Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün çap mediasında çıxan yazılar 2018-ci il sentyabrın 3-dən həftənin 1-6-cı günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əlibəy Hüseynzadə 66 ünvanında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

Azərbaycan Respublikasının KİV- lərində gedən 3 ən yaxşı mükafatlandırılacaq.
Fars, rus və ingilis dillərində müxtəlif ölkələrin KİV – lərində gedən 3 ən yaxşı yazıya xüsusi mükafatlar veriləcək;
Münsiflər heyəti digər dolğun yazıların müəlliflərinin də mükafatlandırılmasını nəzərdə tutub.
Münsiflər heyəti tərəfindən bəyənilən ən yaxşı yazıların toplandığı “Firidun İbrahimi – 100” kitabı nəşr ediləcəkdir.
Qeyd: Müsabiqədə iştirak etmək istəyən şəxslərə mənbə kimi adfmk.com saytında, “Mühacir” və əski əlifba ilə çıxan “Azərbaycan” qəzetlərində, digər mətbu nəşrlərdə, electron informasiya vasitələrində Azərbaycan, fars, rus və ingilis dillərində gedən materiallardan faydalanmaq tövsiyə olunur.

Müsabiqə qaliblərinin adları 2018-ci il noyabr ayının 21-dək Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək beynəlxalq konfransda açıqlanacaq.

Əlaqə telefonları:

(012) 596-63-91

(012) 594-53-94

(050) 534-93-26

(055) 405-33-00

(050) 210-51-88

(050) 225 07 65

Xəbər 1202 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +