Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.08.2018  12:05 

Bakıda müşahidə olunan tozun miqdarı azalıb





A+  A-

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, qurumun Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Xəbər 3411 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +