İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.08.2018  10:08 

Sərnişindaşımada qiymətlər artdı, bəs keyfiyyət?..





A+  A-

Tarif Şurasının qərarına əsasən avqustun 1-dən etibarən, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Sərnişinlər gedişhaqlarının artırılması fonunda xidmətdə keyfiyyətin artmasını istəyirlər.

XəzərNews.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsilə bağlı qərarı bu istiqamətdəki işləri sürətləndirib:

“Sərnişindaşımada keyfiyyətin artırılması istiqamətində son iki ildə bir sıra tədbirlər görülüb. Müxtəlif marşrut xətləri üzrə yeni nəqliyyat vasitələri alınıb, bəzilərində avtobuslar əsaslı təmi olunub. Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarı isə təbii olaraq bu istiqamətdə görülən işlərin daha da sürətləməsinə və daha səmərəli təşkilinə imkan yaradıb”.

O qeyd edib ki, bu gün əhaliyə keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi BNA-nın əsas hədəfidir:

“Bu, dövlət başçısının bizim qarşımızda qoyduğu ən vacib tapşırıqlardır. Və bildiyiniz kimi, avqustun 8-də Bakıda avtobus parkının yenilənməsi üçün dövlət başçısı tərəfindən vəsait də ayrılıb. Hazırda yeni, müasir və konfortlu iritutumlu avtobusların alınıb gətirilməsilə bağlı ciddi iş aparılır. Bunun üçün tender elan edilib. Tenderin nəticələrinə uyğun nəqliyyat vasitələri paytaxta gətiriləcək və müsabiqə yolu ilə müntəzəm marşrut xətlərində sərnişinlərin istifadəsinə veriləcək”.

BNA rəsmisi prosesin bütün xətlər üzrə avtobuslar yenilənədək davam edəcəyini vurğulayıb:

“Tender yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin markası və digər detallarla bağlı məsələlər məlum olacaq. Qeyd elədiyim kimi avtobuslar müasir və konfortlu olacaq. Prosesin nə zaman yekunlaşacağına gəlincə, istəyimiz ən yaxın zamanda avtobusların gətirilməsini təmin etməkdir. Amma müəyyən prosedurlar var və onların icrası müəyyən zaman tələb edir”.

Şöbə müdiri bildirib ki, hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir:

“Prezident İlham Əliyevin 8 avqust tarixli sərəncamında göstərildiyi kimi, indiki mərhələdə 300 ədəd müasir komfortlu avtobusların alınması nəzərdə tutulub.

Təbii ki, yeni avtobuslar alınıb gətirildikdən sonra sərnişinlərin daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq”.

M.Ağayevin sözlərinə görə, sərnişinlərin əsas narazılığı ətraf qəsəbələrə işləyən xətlərlə bağlıdır.

Xəbər 1111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +