Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.08.2018  12:32 

600-dən çox bal toplasalar da, universitetə qəbul olmadılar





A+  A-

Dövlət İmtahan Mərkəzi boş qalan plan yerləri üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında bəzi statistik göstəriciləri açıqlayıb.
Mərkəzdən XəzərNews.az-a daxil olan məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar. İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.

II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.

III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.

IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi.

Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olmuşdur. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi.

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla) , boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3 dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Xəbər 911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +