Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


24.08.2018  09:43 

“Daha aqressiv oynamalıyıq” - Qurban Qurbanov





A+  A-

"Oyundan əvvəl bilirdik ki, "Şerif"" güclü rəqibdi və bu gün bunun şahidi olduq. Çox yaxşı müdafiə olunan və çox intizamlı oynayan komandaya qarşı mübarizə apardıq. Rəqibi belə oyuna görə təbrik etmək istəyirəm. Düşünürəm ki, bizi Bakıda ağır cavab oyunu gözləyir. Hansı ki, hər birimiz üçün son oyun olacaq və buna hazır olmalıyıq".
XəzərNews.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Şerif"ə məğlub olduqları (1:0) matçdan soonra deyib.

Təcrübəli çalışdırıcı ilk oyunun nəticəsinə görə, rəqibin mərhələ keçmək şansının yüksək olduğunu bildirib. Lakin o, cavab oyunun yüksək nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini sözlərinə əlavə edib: "Keçən il "Şerif"i mübarizədən kənarlaşdırmışdıq. Futbolda belə nəticələr olur və buna hazır olmalıyıq. İlk oyunda qeydə alınan hesab rəqib üçün yaxşı nəticədir. Amma buna baxmayaraq, bizim şansımız var. Sadəcə, bəzən düşündüyümüz oyun alınmayanda, əhval-ruhiyyəmiz yaxşı olmur".

Qurban Qurbanov səfər matçındakı uğursuz oyunu rəqibin yaxşı mübarizə aparması ilə əlaqələndirib: "Rəqibi nəzərə almaq lazımdır. Rəqib çox yaxşı bağlanırdı. Ümumiyyətlə, bizim üçün burada oynamaq elə də asan deyildi, ağır idi".

46 yaşlı mütəxəssis cavab oyunu üçün heyətdə ciddi dəyişiklik etməyəcəyini vurğulayıb: "Taktika dedikdə, bir o qədər də dəyişiklik olmayacaq. Sadəcə, ola bilər, sistemdə kiçik bir dəyişiklik olsun. Qalib gəlmək üçün daha aktiv, daha aqressiv olmalıyıq. Düşünürəm ki, bunu öz meydanımızda edə biləcəyik".

Mütəxəssis ötən illə müqayisədə builki nəticələrinin yaxşı olmaması fikri ilə razılaşıb: "Nəticəyə baxsaq, özümüzü düşünsək, nəticəmiz yaxşı deyil. Ötən il Çempionlar Liqasının qrupunda oynamışdıq, indi isə Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq. Bugünkü nəticə üçün bəlkə də, fikrinizlə razı olaram".

Xəbər 995 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +