Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


18.08.2018  16:29 

AAK prezidenti separatçılarla niyə görüşüb? – Nazim İbrahimovun adamı nə etmək istəyir?





A+  A-

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun rəhbərliyi ilə 16 iyul 2018-ci il tarixində bir neçə Konqres təmsilçisi İspaniyaya səfər edərək orada İspaniya dövlətinin parçalanması və bölünməsi istiqamətində separatçılıqla məşğul olan “KATALON”un qondarama qrumları ilə bir sıra görüşlər keçiriblər.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti Fizuli Məmmədov AAK üzvlərinə ünvanladığı məktubunda bildirib. F.Məmmədov məktubunda haqlı olaraq qeyd edib ki, S. Qasımov separatçılarla görüşməklə Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin separatçılara qarşı olan və İspaniyanın müstəqilliyini bəyan edən rəsmi mövqeyinə qarşı çıxmış olub.
Fizuli Məmmədov müraciət məktubunda bildirib ki, AAK təcili olaraq qurultay keçirməli və Azərbaycan dövlətinin imicinə, xarici əlaqələrinə xələl yetirəcək addımlar atan Sahil Qasımov konqres rəhbərliyindən azad edilməli və Avropa Azərbaycanlıları Konqresinə həm yeni rəhbərlik, həm də yeni prezident seçilməlidir.
Özəl mənbələrdən saytımıza verilən məlumata görə, Sahil Qasımov Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov tərəfindən AAK-a prezident təyin edilib və məhz onun şəxsi maraqlarına xidmət edib.
N.İbrahimov həm də məhz AAK vasitəsilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi iddia olunur. Qeyd edilir ki, AAK Fizuli Məmmədov tərəfindən maliyyələşdirilir və ona görə də F.Məmmədovun AAK üzvlərinə müraciəti səbəbsiz deyil.
Fizuli Məmmədovun müraciətini olduğu kimi təqdim edirik:



Xəbər 2082 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +