“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


17.08.2018  10:57 

“İlqar Məmmədov Merkelin Bakı səfərinə görə azadlığa buraxılmayıb”





A+  A-

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub. Angela Merkel avqustun 25-də Bakıda səfərdə olacaq.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli Modern.az saytına açıqlamasında deyib ki, Avropanın böyük dövlət rəhbərlərinin Azərbaycana səfər etməsi bizim üçün çox yaxşı haldır:

“Bildiyiniz kimi bu yaxınlarda İtaliyanın prezidenti və digər ölkələrin rəhbərləri də ölkəmizə səfərlər etdilər. Əlbəttə, Almaniya dünyanın dördüncü iqtisadi gücə malik dövlətidir. Həmçinin dünyada bir nömrəli qadın siyasətçi hesab edilən Angela Merkelin səfərinin xüsusi əhəmiyyəti var. Heç şübhəsiz ki, həm Avropa Birliyində, həm də dünyada Merkel ciddi nüfuz sahibidir və müəyyən hadisələrə təsir edə bilir. Hətta bəzən Avropanın bütünlükdə həll edə bilmədiyi məsələni Merkel öz təşəbbüsü ilə, Amerika, Rusiya və bu kimi dövlətlərlə danışıqlar yolu ilə qaydaya salır. Belə nüfuzlu şəxsin Azərbaycana səfəri alqışlanmalıdır. Merkelin ölkəmizin milli problemləri – Qarabağ məsələsi ilə bir daha əyani, vətənimizdə tanış olma imkanları yaranır. Almaniya bir neçə dəfə Azərbaycanı müdafiə edib və ona görə də biz onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını arzu etmişik. Tarixən Azərbaycan xalqının birmənalı şəkildə almanlara hörməti olub. Almaniya-Azərbaycan dostluğunun möhkəmlənməsi çox önəmlidir və bu, ölkəmizə fayda verəcək. Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanın geosiyasi, kommunikasiya vəziyyətinin əhəmiyyətini də artıracaq. İki dövlət arasında ciddi razılıqların əldə ediləcəyini fikirləşirəm”.

Digər tərəfdən REAL partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını Angela Merkelin Azərbaycana səfəri ilə əlaqələndirənlər kifayət qədərdir. Deputat bu məsələyə də toxunub:

“Mən hətta Milli Məclisdə demişdim ki, heç bir Avropa Şurasından və başqalarından asılı olmayaraq Azərbaycan özü bu addımı atmalıdır. Ölkəmizin öz məhkəmə sistemi var. Hansısa beynəlxalq qurumların bizə təzyiq etməsini gözləməməliyik.

Düşünürəm ki, əvvəla hər bir halda İlqar Məmmədov haqqında məhkəmə hökmünün dəyişdirilib yumşaldılması Azərbaycan xalqını, cəmiyyətini razı salan addımdır. Amma Merkelin gəlişinin buna təsir etdiyini sübut etmək üçün əlimdə əsas yoxdur. Hər halda bu, Avropa və onun mərkəzi tribunası Almaniya, onun başçısı üçün mülahizə olunan bir mesajdır. Yəni insan hüquqları ilə bağlı Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi sayəsində Azərbaycan beynəlxalq təcrübəyə riayət edir”.

Xəbər 1451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +