İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.08.2018  17:46 

Nəsimidə bağçada hündürmərtəbəli bina tikirlər – Daha bir “yaşıl soyqrım” + FOTOLAR





A+  A-

Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yaşayış binasının, eləcə də eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün tikilən bağçanın həyətində ağacları qıraraq hündürmərtəbəli bina tikilir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Hüseyn Seyidzadə 5a ünvanda yaşayan sakinlərin BakuPost.az-a göndərdikləri şikayət məktubunda bildirilir.

Sakinlərin sözlərinə görə, ərazidəki binaların əksəriyyəti hündürmərtəbəli olduğundan əhali kifayət qədər sıxdır və insanların istirahəti üçün geniş park, qaz, su, kanalizasiya, kommunikasiya sistemi, uşaqlar üçün istirahət yeri nəzərdə tutulmayıb: "Yaxınlıqda yerləşən uşaq bağçası və məktəbdə yer çatışmazlığı olduğundan, uşaqlarımızı uzaq məsafəyə aparmaq məcburiyyətində qalırıq. Belə bir şəraitdə binanın lap yaxınlığında - 10 metrliyində yeni bir hündürmərtəbəli yaşayış binasının tikilməsi hamını ciddi narahat edir. Sakinlər dərdlərini kimə deyəcəklərini bilmir. Özü də bizi qorxudurlar ki, səsinizi çıxarsanız sizi həbs edəcəklər”.



Şikayətdə bildirilir ki, həmin binanın yeri də qanunsuz olaraq ələ keçirilib: "Binamızın arxa hissəsi rəsmən bizə məxsus 149 nömrəli Mənzil Tikinti Kooperativin ərazisinə daxildir. Kooperativin bütün sənədlərində həmin ərazi sakinlər üçün park kimi nəzərdə tutulub. Lakin "Yeni ev-19” tikinti şirkəti bizə məxsus ərazini, sakinlər üçün parkı zəbt edərək, orada qanunsuz olaraq 16 mərtəbəli bina tikir. Bizim ərazi qanunsuz olaraq zəbt edilib. Tikinti normaları gözlənilmir. Bizim binaya yaxın məsafədə yeni bir hündürmərtəbəli binanın tikilməsi 500-dək sakinin rahat yaşamasına, təhlükəsizliyinə ciddi təhdid yaradır”.



Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, lazımı addımların atılmadığını da əlavə ediblər: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə şikayət etmişik. Amma bu qurumun nümayəndələri gəlib əvvəlcə tikintinin dayandırılacağını bildirsələr də, sonradan heç bir nəticə olmadır. Və nəticədə sakinlərin şikayəti qulaqardına vurulub, qanunsuz tikiliyə göz yumulur.

Qanunsuz fəaliyyətlə məşğul olanların cəzalandırılması üçün bizə kömək edin. Bizə məxsus olan ərazilər zəbtdən azad edilsin, ərazilər özümüzə qaytarılsın. Kooperativin bütün üzvləri orada istirahət yeri olmasını istəyir”.



Şikayətçilər yeni binanın tikilməsinin həmçinin fiziki qüsurlu uşaqlar üçün problem yaradacığını vurğulayıblar: "Tikilən yeni bina həm də eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün Bağçanın ərazisinə birləşib. Uşaqların normal istirahət etmələrinə heç bir yer, şərait yoxdur. Yaxşı olardı ki, ərazidə ya yeni bir bağça, ya da park salınsın”.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin bina tam qanuni sənədlər əsasında, tikinti normalarına uyğun şəkildə inşa olunur.


Xəbər 1363 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +