Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.07.2018  10:23 

Hirkan Milli parkında yanğın olub





A+  A-

27 iyul 2018-ci il tarixində saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib.
XəzərNews.az xəbər verir ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Xəbər 1694 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +