Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


13.07.2018  09:23 

“Ziyalılarımız, gənclərimiz separatçı ünsürləri faktlarla susdurmalıdırlar“ - ŞƏRH





A+  A-

“Ölkədə mövcud olan ümummilli birliyə kənar müdaxilələr var. Xüsusən də, sosial platformalar, internet televiziyalar və saytlar vasitəsi ilə ayrı-ayrı etnik qruplar haqqında düzgün olmayan informasiyalar yayırlar”.
XəzərNews.az bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında xarici ölkələrdən idarə olunan bəzi saytların ölkəmizdə milli, etnik ayrı-seçkilik yaratmaq məqsədilə yaydıqları məlumatlara münasibət bildirən “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev deyib.

Onun sözlərinə görə, bu adamların böyük əksəriyyəti Rusiyada və Avropada yaşayırlar, onlar separatçı hərəkətlərindən dolayı Azərbaycandan qovulmuş insanlardır. N.Niftiyev bildirib ki, müstəqilliyin ilk illərində də ölkəmizdə milli məsələlərlə bağlı narahatlıqlar yaşanıb:

“Azərbaycanda yaşayan müxtəlif xalqlar əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və bu günümüzədək yaşatmışlar. Azərbaycanda müstəqilliyin ilk illərində milli məsələlərlə bağlı durum narahatçılıq doğururdu. Respublikada yaşayan xalqlarla bağlı yeni uydurulan bəzi neqativ məsələlərə milli don geyindirmək cəhdləri ağır və sarsıntılı nəticələr verməkdə idi. Bəziləri milli əlamətlərə görə siyasi partiya yaradaraq xam xəyallar aləminə qapıldılar, amma bununla da kifayətlənməyənlər ictimai-siyasi tarazlığı pozmağa, eyni zamanda, erməni təcavüzkarlarına qarşı mübarizəyə qalxmaq üçün yumruqlanmış gücümüzü parçaladaraq xeyli zəiflətdilər. 1993-cü ildən sonra isə ümummilli lider Heydər Əliyev ölkə daxilində milli məsələlərdə sabitlik yaratmaq üçün azərbaycançılıq ideologiyası ilə çıxış etdi. Beləliklə, milli məsələlərdə mövcud olan narahatçılığımız sona yetdi. Lakin bu gün də bu cür problemlər yaşanır. Kənarda yaşayan həmin qüvvələr Azərbaycanda yaşayan xalqların adından çıxış edərək müxtəlif formalı müraciətlər yayırlar. Əlbəttə, Azərbaycanda güclü birgəyaşayış sisteminin olmasına baxmayaraq, bu kimi hallar xoş deyil”.

N.Niftiyev bildirib ki, bütün bu təhdidlərə qarşı birgə mübarizə aparmağımız şərtdir:

“İlk növbədə Azərbaycanda yaşayan xalqların sosial-mədəni inkişafı ilə bağlı dövlətin gördüyü işlər ictimailəşdirilməlidir. Şəxsən mən son iki ayda bu mövzuda QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində 2 rayonda keçirilən tədbirlərdə iştirak etmişəm. Ziyalılarımız, gənclərimiz bəzi separatçı ünsürlərin təxribatçı çıxışları ilə qarşılaşanda alternativ fikirlər irəli sürməli, faktlarla onları susdurmalıdırlar. Bu işdə sosial şəbəkə istifadəçilərinin üzərinə böyük məsuliyyət düşür. Şəxsən mən gün ərzində bu kimi insanlarla saatlarla müzakirələr aparıram, faktlarla onları fikirlərindən yayındırmağa çalışıram. Belə vəziyyətlərdə etnik və dini qrupları təmsil edən ictimai-siyasi xadimlərin, deputatların, jurnalistlərin, bir sözlə nüfuzlu şəxslərin dövriyyəyə girib onlara layiqli cavablarını verməlidirlər. Dünyada baş verən son proseslər bir daha sübut edir ki, bir dövləti parçalamağın, çökdürməyin ən asan yolu onu etnik, yaxud, dini münaqişəyə sürükləməkdir. Bunun üçün orada yaşayan etnik və dini azlıqları qıcıqlandırmaq, onları məhv olduqlarına inandırmaq və eyni zamanda, nümunə göstərmək lazımdır. Onsuz da bütün hallarda etnik və dini qarşıdurmalar xarici mərkəzlərdən idarə olunur və qlobal güclərin marağına xidmət edir. Lakin Azərbaycanda yüksək milli və dini dözümlülüyün mövcudluğu, azərbaycançılıq ideologiyasının hər kəs tərəfindən razılıqla qəbul olunması, dövlətimizin daxildə baş qaldıran bəzi bölücü meyllərdən sarsılmayacaq qədər güclü olması, ölkəmizə qarşı tərtib olunmuş gizli ssenarilərin reallaşmasına imkan vermir. Azərbaycanda belə bir gerçəklik dərk edilir ki, düşünülmüş multikulturalizm siyasəti olmadan ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz. Azərbaycanın birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyani təzahürlərindəndir".

Xəbər 1368 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +