Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


06.07.2018  17:32 

Təranədən Kərimə: “Yuyulmamış çömçədir...“ + VİDEO





A+  A-

Prodüser Təranə Səmədova “10-dan sonra” verilişinin qonağı olub.
XəzərNews.az-ın məlumatına görə, proqramda prodüserin müğənnilər Kərim Abbasov və Rəqsanə İsmayılova ilə qalamqalında söz açılıb.

Aparıcı Yusif Ağayayev "Rəqsanənin qızına dedin ki, getsin anasının qüsurlarından danışsın. Sənə isə Kərim sərt cavab yazdı" sözlərini işlədib. Təranə isə keçmiş həyat yoldaşı olan Kərimin hərəkətini başa düşmədiyini söyləyib:

“Qalmaqalları malalayaraq keçirəm. Arxadan atılan daş topuğuma dəyir. Elə şeylər yazıb ki, oxuyub, gedib intihar edərsən. Adamı intihara sürükləyir. Amma özümə əl qaldıracaq mənəviyyatda deyiləm. Görün bu qədər qəbahətin sahibi mənəmsə, yaşamağa layiq deyiləm də... Amma qarşı tərəfə baxırsan, deyirsən, eh, desin də... Bu insan nə olur, məhkəməyə verir. Onunla bir işim yoxdur. Yuyulmamış çömçə kimi özünü ortaya atdı. Atalar sözünə görə gedib yenə məhkəməyə versin”.

Qeyd edək ki, Kərim Təranənin ünvanına bunları yazmışdı:

“Qüsur? Səmədova, (prodüser Təranə Səmədova - red.) hansı qüsurdan danışırsan? Sənin qüsurlarını saymaqla bitməz: polislərə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi, qadın? Maqazin proqramında 7 yaşlı qiz övladının yanında sevgililərinin adını tutub eşq yaşadığını bəyan edən qadın, heç qızından utandınmı? Məktəbə gedən qızınınm hansı təpkilərlə qarşılaşacağını düşündümü? İnsan alverində əli olan insan hansı qüsurdan danışırsan?

Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq, budurmu alqışa layiq hərəkət? Ananın sevgili tərəfindən bıçaqlanmağından niyə danışmırsan, ay qüsursuz insan? Səmədova, hər halda diplomlar yadındadır. Bu qüsurdan niyə danışmırsan, ay cinayətkar? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atdanıb düşmə. Gedib lazımi orqanlara ananla qaynatdığın zibillərdən danış. Polislərdən yalançı şahid qismində yazdığın ərizələrdən danış. Yüzlərlə insnaların haqqına girməyindən danış.
Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə, niyə bundan danışmırsan. "Kərimin övladı olsa, başımı kəsəcəm" demişdi. Nə oldu, övladım oldu. Qızın dünyaya gələndə efirdə dedin ki, qoy, bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənim isə oğlum oldu. Bu da sənə göz dağı olsun.

Yadında saxla: mənim oğlum vaxt gələcək bütün qisasımı necə lazımdır çıxacaq. İndi görüm kim göz dağı olacaq. Bu həyatda üç adama halallıq verməyəcəm: bunlardan birincisi sənsən. Allah heç kimin balasının qabağına sənin kimi şeytan çıxarmasın. Sənin yıxdığın evləri hələ fələh də yıxmayıb. Lazım olsa, lazımi orqanlara sənin etdiklərin haqda müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum, bəsdir. Məni əxlaqsız, şərəfsiz elədin. Mən susdum, Allaha tapşırdım. İndi baxıram sənə və deyirəm: Allah heç kimin ağlını başından almasın, necə səninkini alıb”.


Xəbər 1118 dəfə oxunub.




29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +