Pakistan Ermənistanın təxribatını pislədi
Azərbaycan ordusunun generalı şəhid oldu
İybilmə və dadbilmə nə vaxt itir?
Onlar da Azərbaycana dəstək oldu
102 məktəb binası istifadəyə veriləcək
Rəhim Qazıyev saxlanıldı
Hava şəraiti il bağlı xəbərdarlıq
Məmmədyarov Lavrovla telefonla danışdı
Prezident Təhlükəsizlik Şurasının iclasını çağırdı
Ucardakı qətli mərhumun oğlu törədibmiş


03.07.2018  17:02 

Mingəçevirdəki qəza ilə bağlı nazirlikdən detallı AÇIQLAMA





A+  A-

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən qəza ilə bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamaya görə, 03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.

Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundaki yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbər 692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2020  11:25 

Onlar da Azərbaycana dəstək oldu

14.07.2020  10:26 

Dondar Quşçu atəşə tutuldu

13.07.2020  18:16 

Rəhim Qazıyev saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +