Ankarada terrora hazırlaşan 9 şübhəli tutuldu
““Uşaq pulu”na 18-35 milyard pul lazımdır” - Nazir
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
AFFA bu klubları cərimələdi - SİYAHI
Sabahın hava proqnozu AÇIQLANDI
ATƏT Tərtərdə monitorinq keçirdi
Spikerdən deputatlara XƏBƏRDARLIQ
Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır
Cəbhədə silahlar susmur
Feysbukdan daha bir YENİLİK


03.07.2018  14:23 

Gecəki hadisə təkrarlana bilərmi? - VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilib.
XəzərNews.az xəbər verir ki, hazırda Bakıda və ölkənin şimal-qərb rayonlarında işığın verilişi bərpa edilib.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo” müxbirinin suallarını cavablandırıb. O bildirib ki, qəza haqda məlumat alan kimi “Azərişıq” rəhbərliyi başda olmaqla digər əməkdaşlar da iş başına gəliblər: “İlk olaraq dövlət əhəmiyyətli xəstəxanalar, metropoliten, su kanalizasiya sistemləri diqqətdə saxlanıldı. Onlar elektriklə təmin olundu. Bakı şəhəri 100 faiz, regionlar isə 80 faiz elektriklə təmin olunub. Abunəçilərimizdən narahat olmamaqlarını xahiş edirik”.

Mətbuat katibi problemin kökünün “AzərEnerji”yə dayandığını əlavə edib:

“Biz paylayıcı şəbəkəyik. İstehsalçıdan aldığımız enerjini abunəçilərə paylayırıq. Öz paylayıcı şəbəkələrimizdə son günlər ifrat isti ilə əlaqədar təftiş aparırdıq. Şəbəkimizi hazır vəziyyətə gətirmişdik. Gözlədiyimiz anda hansısa problemlər yaranır. Amma əslində ona da hazır vəziyyətdə idik. İş olan yerdə belə bir problemin yaranması gözlənilməz idi. Ancaq gecə saatlarından başlayaraq əməkdaşlarımız problemi aradan qaldırmağa çalışdı”.



Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə “PortBaku” ətrafında yanğın baş verməsi və işıqların sönməsinin bununla əlaqələndirilməsi ilə bağlı da xəbərlər yayılmışdı. Tanrıverdi Mustafayev bildirib ki, bu doğru xəbər deyil və yanğın haqda onlarda heç bir məlumat yoxdur.

“AzərEnerji”nin Mətbuat Xidmətinin rəhbəri Yəhya Babanlı da bildirib ki, hazırda baş vermiş qəza ilə bağlı araşdırmalar aparılır: “Bu məqsədlə əməliyyat qrupu yaradılıb. İlkin ehtimala görə, qəzaya səbəb xətlərdə olan qısaqapanmadır”.

O, qeyd edib ki, bu qəzanın gələcəkdə təkrarlanma ehtimalı yoxdur. Yəhya Babanlı eyni zamanda əlavə edib ki, dünyada elə bir sistem göstərilə bilməz ki, o, qəzadan tam mənada sığortalansın:

“Biz isti havaları nəzərə alaraq bütün tədbirləri görmüşdük. Xətlərimiz buna hazır idi. Amerikada da 1 dələ bütün sistemi iflic vəziyyətinə qoymuşdu. Yəni bu halların baş verməsi normaldır”.

Dəymiş ziyanın həcmi barədə suala isə mətbuat katibi belə cavab verib: “Hələ ki, hesablama aparılmayıb. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər 608 dəfə oxunub.




13.11.2019  16:18 

Gəncədə narkobaron saxlanılıb

13.11.2019  13:43 

Sabahın hava proqnozu AÇIQLANDI

13.11.2019  12:35 

Spikerdən deputatlara XƏBƏRDARLIQ

13.11.2019  11:37 

Gürcüstanda zəlzələ olub

13.11.2019  09:57 

Cəbhədə silahlar susmur

13.11.2019  09:07 

Feysbukdan daha bir YENİLİK


BÜTÜN XƏBƏRLƏR +