Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


02.07.2018  12:32 

Kamaləddin Qafarovun Milli Onkoloji Mərkəzlə biznes quran şirkətlərinin şok siyahısı





A+  A-

Deputat Kamaləddin Qafarov “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmalarına nəzarət edir.
XəzərNews.az FİA.Az-a istinadla xəbər verir ki, daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir.

KİV-də yayılan xəbərlərə görə, bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb.

Şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kəmaləddin Qafarova məxsusdur.

Dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb.

Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb.

“Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).

Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi.

Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib.

Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.

Xatırladaq ki, hüquqşünas Aslan İsmayılov feysbuk hesabında yazıb ki, sosial şəbəkələrdə Hacı Nuranın xəstəxanadan şəkillərini görüb:

“Uca Allah tək ona yox, əgər mənə nifrət edənlər içində xəstə olanları varsa onlara da şəfa versin. Bütün instagram onunla şəkil çəkdirən tanınmış simalarla doludur. Bir xərçəng xəstəsinə olan bu diqqəti, əgər səmimi olsa, çox yüksək qiymətləndirirəm.

Amma o şəkil çəkdirənlərdən xahiş edərdim ki, bir dəfə də Milli Onkologiya Mərkəzinin sıravi vətəndaşlar olan hissəsinə baş çəksinlər, oradan da şəkillər paylaşsınlar, gördüklərinə obyektiv münasibət bildirsinlər”.

Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib - “pulunu ver, şəklini çəkdir”.

Pulsuz deyilən Azərbaycan səhiyyəsində - Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını mətbuat diqqətə çatdırmışdı:

1.İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.

2.Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.

Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3.Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.

Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

Bu fantastik rəqəmi açıqlayan qaynağımızın sözlərinə görə, tibb müəssisəsində açıq şəkildə bazar şəraiti yaradılıb.

Onkologiya Mərkəzi Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir.

Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir.

Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. Bu isə Azərbaycan səhiyyəsinə olan inamı yerlə bir edib.

Görünür Milli Onkologiya Mərkəzinin rəhbərliyi xalqı dövlətdən narazı salmaqla öz mənfəətini güdür.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər 2204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +