Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


28.06.2018  11:21 

Borca görə işıq nə vaxt kəsilə bilər?





A+  A-

Bakı sakini borca görə elektrik enerjisinin qanunsuz kəsilməsindən şikayətçidir.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Binəqədi rayon sakini Zaur Nurullayev bildirib ki, yaşadığı Mir Cəlal 72 ünvanında mütəmadi olaraq bu halla rastlaşır: “Bina yeni tikilidir, ötən ayın ödənişi üçün iyunun 4-də 26 manat ödədim. İyunun 15-də isə əvvəlki 30 günlük istifadəyə dair bildiriş verilib. İyunun 27-də isə “Azərişıq”ın işçiləri gəlib işığı kəsiblər. Onlara bildirdim ki, qanuna görə mənim bildiriş verildiyi gündən sonra ödəniş etmək üçün 30 gün vaxtım var. 199 xidmətinə zəng edib soruşdum, mənim haqlı olduğumu deyib telefonu üzümə qapatdılar. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.

“Azərişıq” QSC-nin mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, hələ ki, onlara bu barədə şikayət daxil olmayıb: “İş olan yerdə nəsə problem, şikayət də olar. Elektrik enerjisi bir ay istifadə edildikdən sonra bildiriş verilir və abonent həmin müddətin haqqını ödəyir. Biz 2-3 ay borcu yaranan abonentlərin belə elektrik enerjisini dayandırmırıq. Hətta öncədən media vasitəsilə elan verərək xəbərdarlıq edirik ki, borcu olan abonentlərə elektrik enerjisinin verilməsi filan tarixdən dayandırılacaq. Hər şey qanun üzrə həyata keçirilir. Elektrik enerjisinin qanunda müyyən edildiyi vaxtdan daha tez dayandırılması barədə bizə müraciət daxil olmayıb. “Azərişıq” öz abonentlərinə inanır, onların kreditor borclarını vaxtında ödəyəcəyini bilir.

Amma fərdi olaraq bir şəxsin hansısa narahatlığı varsa, müvafiq rayon şöbəsinə və ya birbaşa idarəyə, həmçinin 199 qaynar xəttinə müraciət edə bilər. Həmin vətəndaşın şikayəti dərhal araşdırılır və qısa zamanda tədbir görülür. Qanuna uyğun olaraq bildiriş verildikdən sonra 30 gün ərzində ödəniş edilməsi üçün vaxt verilir. Sadəcə əməkdaşlarımız abonentlərdən xahiş edirlər ki, 5-10 günə ödəsinlər. Əgər bildiriş verildiyi gündən sonrakı 30 gün ərzində elektrik enerjisinin verilməsi dayandırılarsa, həmin əməkdaşımız barədə ölçü götürəcək”.

Qanunvericiliyə görə, 30 gün tamam olduqdan sonra da vətəndaşa rəsmi olaraq bildiriş verilməli və borcuna görə hansı tarixdən elektrik enerjisinin verilməsinin dayandırılacağı qeyd olunmalıdır. Bundan sonra həmin abonentin işığı kəsilə bilər.

Xəbər 1071 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +