Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.06.2018  15:09 

Qənirə Paşayeva AŞPA-da Avropanı ittiham etdi





A+  A-

Millət vəkili Q.Paşayeva AŞPA-da qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmaqda ittiham edib.
XəzərNews.az xəbər veirr ki, Bu gün AŞPA-da “The humanitarian situation of refugees in the countries neighbouring Syria” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva çıxış edib və Avropaya çağırış edib:

“Suriya Qaçqınlar Böhranının bir çox aspektləri vardır və burada qaçqınlarla bağlı böyük bir humanitar faciə mövcuddur. Vətəndaş müharibəsi dövründə Suriyanı 6 milyon insan tərk edərək qaçqın düşmüşdür. Bu qaçqınların təxminən 85 faizi qonşu ölkələrdə yerləşmişdir. Xüsusilə Türkiyə bu humanitar böhranın ən ağır yükünü öz üzərinə götürmüşdür. Türkiyə, təxminən dörd milyon Suriyalı qaçqına sığınacaq vermişdir. Bir ölkədə olan bu qaçqın sayı bütün digər qaçqın böhranı vəziyyətləri arasında ən böyüyüdür. Türkiyədən sonra ən çox qaçqın Livanda yerləşmişdir ki, orada da qaçqınların sayı bir milyon ətrafındadır. İordaniya da altı yüz əlli mindən çox (650.000) qaçqını yerləşmişdir. Mən həmin ölkələrin hamısında olmuşam və Suriyadan olan qaçqınlarla görüşmüşəm, onların yaşadığı sığınacaqlara baş çəkmişəm. Ən çox köçkünü qəbul edən üzv ölkəmiz Türkiyə başda olmaqla həmin ölkələrə qaçqınlara dəstəklərindən dolayı təşəkkürümü bildirmək istəyirəm”.

Ermənistanın torpaqlarımızı işğalı nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü deyən və bu barədə məlumatlar verən millət vəkili Q.Paşayeva Avropanı insanları öz evlərindən köçkün salan səbəblərə qarşı sərt mübarizəyə səsləyib:

“Ermənistanın torpaqlarımızı işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin və millətin təmsilçisi olaraq yüzminlərlə qaçqına qısa zamanda yüksək səviyyədə dəstək göstərməyin nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Ona görə də Avropa ölkələri, biz hamımız üzv ölkəmiz Türkiyə başda olmaqla bu ölkələrə təşəkkür etməli və daha da çox dəstək göstərməliyik”.

Deputat Q.Paşayeva Avropanın köçkünlər siyasətini də kəsin tənqid edib və çağırış səsləndirib:

” Yaxın Şərqə qonşu olan, Avropanın sərhəd qapısı Türkiyə, Livan və İordaniya ilə birlikdə, Avropaya köçmək istəyən beş milyondan çox qaçqını dayandırmış və onlara sığınacaq vermişdir. Əslində bu paylaşılası bir yükdür. Buna baxmayaraq, Avropa ölkələri paylarına düşən yükü hələ də öz üzərinə götürməyiblər və bu ölkələrə kifayət qədər dəstək verməyiblər. Hazırda, Türkiyədə qeyri-adi bir vəziyyətdir. Çoxlu sayda qaçqın problemi ilə məşğul olmaqla yanaşı, Türkiyə onlara münasib bir şərait yaratmaq üçün çox çalışır. Hökumət, qaçqınların sağlamlığı, təhsili və digər müvafiq xidmətlər də daxil olmaqla, qaçqınların qorunması və əsas ehtiyaclarını təmin edir. Bir çox Avropa ölkələrində qaçqınların, xüsusilə də Suriyalı qaçqınların vəziyyətinin Avropa Şurasının standartları və dəyərləri baxımından gözləntilərə cavab verməməsi bizi dəhşətə gətirir. Bir sıra Avropa ölkələrində Suriyalı qaçqınların vəziyyəti inteqrasiya problemlərinə həll tapmaq və qaçqınların əsas insan hüquqlarına riayət etmək baxımından bir çox çatışmazlıqlara məruz qalır. Sonda qeyd etmək istərdik ki, Suriyaya qonşu olan ölkələrdəki qaçqınların humanitar vəziyyəti vacib bir məsələdir və bu birlikdə həll edilməlidir, belə ki, bu Avropanın təhlükəsizliyi və mühafizəsi üçün müəyyən problemlər yaradır. Və sonda. Görüşdüyüm Suriyalı köçkünlər sizi, Avropa ölkələrini onları köçkün salan səbəblərə qarşı daha sərt mübarizəyə və ölkələrinizin qapılarını onların üzünə bağlamamağa çağırırdı. Onlar sizdən daha çox dəstək gözləyir”.

Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +