Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.06.2018  19:16 

20 dövlət əmlakı özəlləşdirilib





A+  A-

Ölkədə yeni biznes obyektləri formalaşır. Özəlləşmə prosesi nəticəsində iri, orta, kiçik sahibkarlıq subyektləri iqtisadi mühitdə fəaliyyətə başlayır. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 12-də növbəti hərrac keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərNews.az-a bildiriblər ki, özəlləşmə prosesi rəqabətli şəkildə baş tutub. Hərracda 20 dövlət əmlakı sahibini tapıb. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili özəlləşdirilib.

Qeyri-yaşayış sahəsi üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif növ belə əmlaklara alıcı marağı yüksək olub. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edə bilib. Əmlakın ilkin start qiyməti 30 min manat olsa da ən son təklif 45 min 300 manata qədər yüksəlib. Ümumi faydalı sahəsi 48 kvadratmetrə yaxın olan həmin əmlak biznes qurmaq istəyən sahibkar üçün uğurlu seçimdir. Bundan başqa paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında da analoji hal müşahidə edilib. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.

Hərracda bir sıra iqtisadi sahələrdə fəaliyyət göstərməyə imkan verən kiçik dövlət müəssisələri də özəlləşib. Özəlləşən bu əmlakların hamısı regionlarda yerləşir. Bu isə bölgələrimizin iqtisadi gücünün yüksək olmasından xəbər verir. Oğuz rayonunda yerləşən Əmlak kompleksi xidmət sahəsində investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsinin 200 kvadratmetrdən çox olması da sahibi üçün əlavə iqtisadi imkan yaradır. Bundan başqa Samux rayonunda özəlləşən ictimai iaşə obyekti də xidmət sferasının inkişafına töhfə verə bilər.

Budəfəki hərracda da müxtəlif növ nəqliyyat vasitələri sahiblərini tapıb. Özəlləşən maşınlar Rusiya, Amerika və Almaniya istehsalıdır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edib.

Qeyd edilməlidir ki, qeyri-iş günləri ilə əlaqədar olaraq növbəti hərrac iyunun 20-si keçiriləcək. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Xəbər 1042 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +