“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


31.05.2018  16:12 

Zərərvericilərə qarşı mübarizə başladı





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən müşahidələr zamanı bir sıra rayon və şəhərlərin istirahət parklarında dekorativ bəzək ağaclarında və iynəyarpaqlı ağaclarda unlu yastıcalar aşkar olunub.
XəzərNews.az xəbər verir ki, Dövlət Xidmətinin mütəxəssislərinin tövsiyyələri əsasında sirayətlənmiş ərazilərdə mübarizə tədbirlərinə başlanılıb.

Unlu yastıcalar əsasən alma, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, əncir, çəkil, sitrus meyvələri, cökə və dekorativ bəzək ağacları, yemişan, gül, ümumilikdə 250-dən çox bitki ilə qidalanırlar və ildə 2-3 nəsilvermə qabiliyyətinə malikdirlər.

Bu zərərvericilər uzaq məsafələrə əsasən əkin materialı və meyvələr üzərində insan tərəfindən daşınır. Beynəlxalq ticarətdə, eləcə də bağlar salınarkən bu amilə diqqət yetirilməlidir. Yaxın məsafələrə digər fərqli yollarla da yayıla bilirlər. Gəzən sürfələr sirayətlənmiş ağaclarla təmasda olan budaq və yarpaqlardan keçərək digər bitkilərə də yayılırlar. Külək bəzən kiçik sürfələri bir yerdən başqa yerə aparmaqla yayılmada iştirak edir.

Zərərverici yeni ərazilərə daxil olduqdan sonra qısa müddət ərzində daha çox əkin sahələrini sirayətləndirir, bütöv ağacların və plantasiyaların məhv olmasına səbəb olur. Gövdə, budaq, meyvə, saplaq və yarpaqların şirəsini intensiv sorulması nəticəsində ağaclar və kollar tədricən zəifləyir və məhv olurlar. Sirayətlənmiş tinglər 2-3 ildən sonra quruyurlar. Bəzən meyvələrin 80-90% zədələnir və deformasiya olunur, məhsuldarlıq aşağı düşür. Yastıca ilə sirayətlənmiş bitki və meyvələrin idxal və ixracına yol verilmir.

Unlu yastıcalar təhlükəli zərərverici olduğu üçün onunla mübarizə həmişə çətin və uzunmüddətli olur. Buna görə də onlara qarşı aşağıdakı mübarizə tədbirləri kompleksi həyata keçirilir:

- Unlu yastıcanın qışlamaqda olan birinci yaşlı sürfələrini məhv etmək məqsədi ilə ağacların nisbi sükunəti dövründə, yəni payız və qış aylarında gövdə və budaqlar üzərindəki ölmüş qabıqlar metal fırçalar ilə təmizlənib yandırılmalıdır.

- İlk vegetasiya dövründən başlayaraq, bütün il boyu gövdələr, kök boğazları üzərində inkişaf edən zoğlar və cərgə aralarında əmələ gələn pöhrələr kəsilib məhv edilməlidir.

- Vegetasiya dövründə bağlarda ağacların gövdə və iri budaqlarına eni 10–15 sm olan möhkəm kağızdan hazırlanmış tutucu qurşaqlar bağlanmalıdır. Bu qurşaqlar yoxlanılmalı, oraya toplanmış yastıcalar mexaniki yolla məhv edilməlidir. Qurşaqlar may, iyun, iyul aylarında ayda bir dəfə avqust, sentyabr və oktyabr aylarında isə hər 10 gündən bir (ayda 3 dəfə) yoxlanılmalıdır. Erkən yazda tumurcuqlar açılana qədər qışlayan sürfələri məhv etmək məqsədilə mineral yağların emulsiyası ilə meyvə ağacları çilənməlidir.

- Zərərvericiyə qarşı mübarizədə onun təbii düşmənlərindən entomofaqlardan (Aphytis aonidia A.melinus Debach, A.mytilaspidis Le Baron, A.proclia Walker, Aspidiotiphagus citrinus, Anchenamus sp., Encarsia perniciosi, Prospaltella fasciata Malenotti) istifadə etmək məqsədə uyğundur. Bu entomofaqlar (cücüyeyən orqanizmlər) vasitəsilə kütləvi surətdə çoxalan bağlarda yastıcaya qarşı kimyəvi mübarizə tədbirləri dayandırılmalıdır.

- Vegetasiya müddətində zərərvericiyə qarşı Avantaj (karbosulfan) (1,5 l/ha), Siperikor (sipermetrin) (1,0 l/ha), Dentis (deltametin) (0,2l/ha), Desis (deltametin) (05,l/ha). Bi -58(dimetoat 1 – 2,5 l/ha), Aqrosan (tiometoksam) və yastıcalara qarşı digər insektisidlərdən istifadə olunmaqla kimyəvi mübarizə aparılmalıdır.

Bu tədbirlərin həyata keçirilməsi zərərvericinin 90%-nin məhv edilməsini təmin edir.

Xəbər 854 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +