Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək


31.05.2018  10:15 

Kömür quyuları qazan şəxslər 4500 manat cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, Oğuz və İsmayıllı rayonlarında keçirilən reyd zamanı ağac kömürü hazırlanması məqsədilə həyətyanı torpaq sahələrində quyuların qazıldığı və qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edildiyi aşkar olunub.

Araşdırma zamanı quyuların Oğuz rayon sakinləri Ramin İsmayılov, Etibar Əzizov, İlqar Məhərrəmov, Yolçu Əzizov, Vaqif Rüstəmov, Eldar Rüstəmov, Əbdüləli Rüstəmov, Fərhad Səmədov, Rövşən Qazıyev, Rauf Hacıbabayev, Natiq Qasımov, Mehman Xeyirov, Şahin Xeyirov, Vüsal Əzizov və İsmayıllı rayon sakini Kamil Mürsəliyev tərəfindən yaradıldığı və meşə fonduna 1326.51 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt və protokollar tərtib olunub, qanun pozucuları ümumilikdə 4500 manat məbləğində cərimə edilib.

Kömür quyularının ləğv edilməsi üçün torpaq mülkiyyətçilərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Xəbər 2784 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +