“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.05.2018  14:35 

Vətəni kim qorumalıdır?





A+  A-

Jurnalist dostlardan biri - Məhəmmədəli Qəribli yazıb ki, Ədalət partiyasının sədri İlyas İsmayılov hakimiyyəti, məmurları öz oğlanlarını əsgərliyə göndərməməkdə, xaricdə oxutmaqda, kasıb uşaqlarını güllə qabağına verməkdə ittiham edib.
Jurnalist dostumuz daha sonra qeyd edib ki, İlyas İsmayılova haqq vermək olar, ancaq bir şərtlə ki, o özü də iki oğlunu cəbhəyə göndərmiş olaydı. Ancaq İlyas müəllimin oğlanları da xaricdə oxuyublar və əsgərlikdə olmayıblar. Olsalar da, elə-belə, formal.

Jurnalist dostumuz ümumiyyətlə müxalifət liderlərinin vəzifəli şəxsləri, iri məmurları yamsıladığını yazır. Yəni müxliflət də varlı məmurlar kimi, dəbdəbəli həyata meyil edir, uşaqlarını xaricə oxumağa göndərir, əsgərlikdən, Qarabağda döyüşməkdən yayındırır.

Dostumuz haqlıdır. Düz sözə nə deyəsən? Çünki şəxsən mənim tanıdığım nə qədər müxalifət lideri, partiya sədri varsa, hamısının oğlu Avropada və ABŞ-dadır. Ad da çəkə bilərəm, amma bir halda ki, hamısı belədir, hansının adını çəkəsən? Əgər birinin oğlu Qarabağda həlak olsaydı (mən "şəhid" sözündən istifadə etmirəm, çünki bu sözü siyasi alver, riyakarlıq predmeti, allahsızlıq sayıram), yazardıq ki, filankəs istisnadır.

Ancaq jurnalist dostumuzun bu yanaşmasında həqiqətin hamısı söylənmir və önəmli bir hissəsi gizlədilir. Bunu qəsdən və ya bilmədən etdiyini deyə bilmərəm, fəqət bu, məsələnin mahiyyətini o qədər də dəyişmir.

Gizlədilən həqiqət nədən ibarətdir? Məsələ burasındadır ki, heç kəs öz övladını könüllü şəkildə ölümə göndərməz. Bu adi insanlığa belə ziddir. Nə qədər vətən, millət, dövlət desək də, hamımız üçün vətən də, millət, dövlət də evimizin içindən, ailəmizdən, ocağımızdan, balalarımızdan başlayır. Təbii ki, vətən təhlükədə olanda bu dəyərli şeylərin hamısına təhlükə yaranır və onu qorumaq zərurətə çevrilir, ancaq bunu ilk növbədə vətənin, xalqın, dövlətin önündə gedən şəxslər etməlidir. Başçı, komandir irəlidə getməlidir, arxada gizlənməli deyil. Tarixən, dünya yaranandan həmişə belə olub. Stalinin iki oğlu cəbhədə vuruşurdu, biri əsir düşdü, onu generalla dəyişdirmək təklifini rədd etdi. Digər oğlu həlak oldu. Mircəfər Bağırovun oğlu da cəbhədəydi. Yəni böyük vətən müharibəsi zamanı xalqı faşistlərlə döyüşə göndərən sovet rəhbərləri öz övladlarını gizlətmirdilər. Belə olsaydı, qələbə də olmazdı.

Odur ki, Azərbaycan rəhbərliyi də ilk olaraq özündən başlamalıdır. Əgər vətən təhlükədədirsə, birinci növbədə rəhbərlərin övladları cəbhəyə getməlidir. Ondan sonra bütün məmurlar, varlılar, müxalifət liderləri buna məcbur edilməlidir. İmtina edən tribunala verilməlidir, ifşa olunmalıdır və s. Ancaq əminəm ki, rəhbərlik bunu etsə, hamı nümunə götürər və digər şeylərə də ciddi ehtiyac qalmaz.

Başa düşürəm, insanın öz övladını, xüsusilə də, yağ-bal içində bəslədiyi ciyərparasını od-alov içinə göndərməsi asan məsələ deyil. Digər tərəfdən gəncləri buna zorlamaq da lazım deyil. Döyüşmək istəməyən, vuran əli olmayan adamı güllə qabağına göndərməyin heç mənası da yoxdur. İndiki gənclərin çoxu ümumiyyətlə vətən anlayışını qəbul etmir, hamısı xaricə getməyə fürsət axtarır və buna görə onları qınamaq da əhəmiyyətsiz və mənasız işdir. Bu gün bütün dünyada vətən daha çox maddi anlam daşıyır. İnternet, elmi-texniki tərəqqi, müasir kommunikasiya vasitələri dogma vətən duyğusunu xeyli zəiflədib. İnsanlar həyatlarını yaxşı qura bildikləri hər yerdə yaşaya və vətəni ilə daimi təmasda ola bilir. Doğmalarının səsini istədiyi an eşidə, istədiyi vaxt muğamata qulaq asa, dolma, dovğa, kabab, qara kürü yeyə bilir, təki pul olsun. Bunu hamı dərk edir, hətta açıq deyə bilməsə də, cəsarəti çatmasa da, çox gözəl bilir.

Ona görə də, siyasi məqsədlər üçün, hakimiyyət üçün, pul üçün başqasının, kasıbın uşağını ölümə göndərmək, sonra “yüksək şəhidlik zirvəsindən” danışmaq allahsızlıqdır. O fağır, biçarə insanların ahı bir gün ünvanına çatacaq. O fəryadlar, nalələr, o qəzəb bir gün kükrəyib dəhşətli sunamiyə çevriləcək və hər şeyi məhv edəcək.

Çıxış yolu peşəkar ordu yaratmaqdır, insanlar döyüşə, savaşa getməyə könüllü qərar verməli, buna görə pul almalıdırlar. Həlak olan 18 yaşlı əsgərin atasına pulla “vətən sağ olsun” dedirtməkdənsə, o pulu qabaqcadan vuran əli olan, döyüşə bilən güclü, qüvvətli, peşəkar, çevik, “şəhid olan” yox, öldürməyi bacaran əsgərə vermək lazımdır. Bilirəm, bu daha ucuz başa gəlir, ancaq ortada puldan daha önəmli şeylər var. Dünyaya bircə dəfə gələn insan var, bizə bircə dəfə verilən atalıq, analıq var, “birdəfəlik” (odnarazovıy) həyat var. O heç kəsə ikinci dəfə verilmir, nə varlıya, nə də kasıba. Özünüzə rəva bilmədiyinizi, başqalarına da bilməyin, çünki nə vaxtsa qarşınıza çıxacaq. Bu günlə yaşamayın, sabahınızı da düşünün. Zabitlərə rüşvət almaq imkanları yaratmaqdansa, onlara yüksək məvacib verin, deyin ki, bu Vətənin sizə olan təşəkkürüdür. Qoy o özünü daha inamlı hiss etsin. Yoxsa rüşvətxordan nə vətən qoruyan olacaq? O kim çox rüşvət verirsə, ona əyilir, kimliyindən asılı olmayaraq. Onu düşmən də çox asanlıqla satın ala bilər.

Nadir Qocabeyli

Xəbər 4937 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +