İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.05.2018  08:43 

Namiq Qaraçuxurluya cadu ediblər





A+  A-

ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan tanınmış ifaçı Namiq Qaraçuxurlu maraqlı açıqlalamalar verib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, ayağındakı problem və ağrılar Namiq Qaraçuxurluya hələ də müəyyən çətinliklər yaratdığı üçün ifaçı, özünü səhnədə belə yarımçıq hiss etdiyi dilə gətirib: “Könlüm tam olaraq açılmır. Bu da fiziki əziyyət çəkdiyimə görədir. Rahaqlıqla deyib gülə bilmirəm. Mən hazırda səhnədə özümü tam hiss etmirəm. Elə bilirəm ki, yarımçığam. Ayağım bu cür olduğu üçün istədiyim addımı ata bilmirəm”.

Namiq onun haqda irəli-geri fikirlər söyləyənlər barəsində də danışıb: “Ağrılarımı, əziyyət çəkdiyimi bacardığım qədər efirdə bildirmək istəmirəm. Çünki sevənlərimi çox üzdüm. Mən əməliyyatdan çıxıb bir video çəkdim və instaqramda paylaşdım. Vəziyyətimin yaxşı olduğunu həmin video ilə söylədim. Üstündən bir gün keçdi. Bəzi yazıları oxudum və mənə pis təsir etdi. Yazdılar ki, nolub ey, Allah bilir ayağı burxulub. Halbuki ayağımın vəziyyətini mən bilirdim də. Söylədilər ki, ayağı burxulub, bunu da şişirdirlər, şou yaradırlar. Belə şeyləri gördüm, pis oldum. Özümü tənzimləyə bilmədim. Əməliyyatdan sonrakı şəkilləri çəkdim və məcburən bəzi insanlara görə sosial şəbəkəyə yerləşdirdim. Düşünürəm ki, yenə yanlış etdim. Qara qüvvələrə görə sevənlərimi üzmək doğru bir addım deyildi”.

Müğənni düşdüyü vəziyyətə sevinənlərin də az olmadığını bildirib: “Çox sevinənlər oldu. İnsanın pis vəziyyətinə sevinmək dəhşətli bir şeydir. Bu, insanlığın son həddidir. Mən sevinirəm ki, elə insanlar məni sevmirlər. Bəd-nəzər və cadu var. Heç nədən belə bir hadisə ortaya çıxdı. Hadisə də olmayıb. Ayağımı səkiyə qoydum. Sürüşdüm, oturdum ayağımın üstünə. Nə baş verdiyini anlamadım. Baxdım, elə bildim, yuxudayam. Ayağım tərsinə çevrilmişdi. Bədnəzər, cadu var. Evdən çox cadu tapmışam. Bəlkə də, indi də var. Axtarmıram. Təsadüfən çıxıb. Maşınımdan qıfıllar çıxıb. Cadunu edən insanlar həyatdan nə istədiklərini bilmirlər”.

Müğənninin danışığından belə məlum olur ki, hətta açıq-aşkar şəkildə onu tanıyanlardan biri Namiqə cadu eləyib, ona əngəl törədəcəyini söyləyib: “Bir neçə insan var ki, onların hansı falçının yanına getdiyini də bilirəm. Hətta Rusiyada magiya ilə məşğul olan insanların yanına da gedirlər. Hansı ki, dişlərini qıcayıblar ki, biz onu məhv etməliyik. Şəxsən tanıyıram. Biri mənim üzümə də deyib ki, sən pis günlərə qalacaqsan. Ola bilər ki, mən sürüşdüm yıxıldım. Ancaq bu hadisə mənə xeyir gətirdi. İşlərim çoxaldı, tələbat çoxaldı. Çox şeyləri dərk etdim. Başa düşdüm ki, insan o qədər də böyük varlıq deyil. Anladım ki, bir ayın içində kasıb bir vəziyyətə düşə bilərəm. Mənim adıma nələr çıxardız. Ancaq yenə də sevənlərimin qəlbinə təsir edə bilmədiz”.

Xəbər 1067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +