İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


26.04.2018  10:36 

Beynəlxalq Bankda batan milyardların qaranlıq taleyi - Kimlər nə qədər mənimsədi?





A+  A-

Bankın balansındakı toksik aktivlərdən təmizlənməsi prosesinin başa çatdığı və özəlləşməyə hazır olduğu deyilir...
Azərbaycan Beynəlxalq Bankının “Aqrarkredit” QSC-yə ötürülən toksik aktivlərinin böyük bir hissəsinin taleyi qaranlıq olaraq qalır. Bu aktivlərlə bağlı QSC tərəfindən atılan addımlar barədə hər hansı açıqlama verilmir. Baş verən proseslər barədə yalnız “Aqrarkredit”in fəaliyyətindən narazılıqlara dair mətbuatda yer alan xəbərlərdən məlumat əldə etmək olur.

Onu da qeyd edək ki, Beynəlxalq Bankda vəsaitlərin talanması barədə açıqlanan ilkin məlumatlarda söhbət 3-4 milyard dollara yaxın vəsaitdən gedirdi. Lakin qısa müddət ərzində problemin daha böyük olduğu üzə çıxdı. Məlum oldu ki, yalnız 2016-cı il ərzində Beynəlxalq Bankın 10 milyard manata yaxın toksik aktivləri “Aqrarkredit”ə ötürülüb. Hökumətin Milli Məclisə təqdim etdiyi hesabata görə, 2017-ci ildə daha 2,7 milyard dollar - yəni mövcud məzənnə ilə 4,6 milyard manatlıq aktivlər QSC-yə keçib.

Bundan əlavə, dövlət Beynəlxalq Bankın xarici öhdəliklərini də öz üzərinə götürməyə məcbur oldu. Hansı ki, ötən ilin mayında Bankın özünün yaydığı açıqlamada 3,3 milyard dollar həcmində xarici öhdəliyin restrukturizasiyasına başlandığı elan olunmuşdu. Bank Azərbaycan hökuməti ilə birgə xarici kreditorlara borcun bir hissəsini silməyi təklif edib. Bununla bağlı London Yüksək Məhkəməsindən kreditorların iddialarının təmin olunmasına moratorium qərarı alıb. Proses bu ilin yanvarın 30-da tamamlanmalı idi. Moratorium kreditorların məhkəmənin razılığı olmadan ABB-yə və ya əmlakına qarşı hər hansı bir hərəkətə başlamağa və ya davam etməsinə imkan vermir. ABB moratoriumun vaxtının uzadılmasını xahiş edib, lakin bankdan üst-üstə 520 milyon dollar alacağı olan “Sberbank” və “Franklin Templeton İnvestisiya Menecmenti Limited” (FTIML) restrukturizasiya planının əleyhinə səs verib.

İngilis hüququna əsasən, borc iflas proseduru səbəbindən silinə və ya başqa bir yurisdiksiyaya keçirilə bilməz. Məhkəmə iki təşkilatın da mövqeyini dəstəkləyib. Beləliklə, Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası Apelyasiya Məhkəməsinin qərarına qədər başa çata bilməz. Lakin maraqlıdır ki, hökumətin hesabatında “bankın 2,4 milyard dollar həcmində xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb” yazılıb. Bu isə o deməkdir ki, məhkəmə qərarı almış iki iddiaçıya olanla birlikdə Beynəlxalq Bankın 900 milyon dollarlıq borcu hələ restrukturizasiya olunmayıb. Bunun 520 milyon dollarının sahibi bəllidir, qalan 380 milyon dolların sahibi isə açıqlanmır.

Dövlətin Beynəlxalq Banka dəstəyi bütün bunlarla bitməyib. Belə ki, 2016-cı ildə likvidlik dəstəyinin göstərilməsi üçün də banka 1,3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manatlıq hissəsi kapitalın artırılmasına yönəldilib.

Beləliklə, aydın olur ki, Beynəlxalq Bankdan qeybə çəkilən və dövlətin boynuna yüklənən vəsaitlərin həcmi 20 milyard manatdan yuxarı bir məbləği əhatə edir. Əslində bunun “Aqrarkredit”ə ötürülən böyük bir hissəsi - 13,5 milyard manatdan çoxu tam itirilmiş məbləğ sayılmamalıdır. Belə ki, QSC-yə ötürülən aktivlər arasında sağlamlaşdırılaraq yaxşı qiymətə satılması mümkün olanları çoxdur. Lakin təəssüflər olsun ki, həmin aktivlərin vəziyyəti, onların sağlamlaşdırılması istiqamətində atılan addımlar barədə cəmiyyətə hər hansı məlumat açıqlanmır.

XəzərNews.az Musavat.com-a istinadən bildirir ki, mətbuatda yayılan məlumatlara görə, bankda girov predmeti olmayan əmlaklar da məhkəmə qərarları ilə sahiblərindən alınıb. Bankdan kreditləşən müəssisələr məhkəmələr tərəfindən dövlətin xeyrinə götürülüb və payçıları səhmlərinin dəyərini almadan kənarda qalıblar. “İnter Textile” ASC, “Kainat” ASC, “Bakı Dəmir Beton-7" ASC, ”Səyyarmextikinti" ASC və “Tikinti Materialları Kombinatı” ASC-nin səhmdarları bu səbəbdən bir müddət əvvəl ölkə rəhbərliyinə müraciət ediblər. Onlar Maliyyə Nazirliyindən (MN), Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və problemli aktivlər idarəetməsində olan “Aqrarkredit” ASC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Məmməd Musayevin qanunsuz hərəkətindən şikayət ediblər. Bildiriblər ki, “Aqrarkredit” səhmdarı olduqları ASC-lərin əmlakını məhkəmə yolu ilə müsadirə edir. Halbuki kiçik ortaqların qiymətli kağızları girovda olmayıb. Ancaq məhkəmə prosesləri onlarsız keçirilir və onlar tərəf kimi qəbul edilmirlər. Nəticədə bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər.

Mətbuatda yer almış daha bir məlumata görə, Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi - “Fireland Vineyards” əmlak kompleksi yeni sahibinə verilib."Aqrarkredit"dən müəssisənin kimə və hansı qiymətə satıldığı açıqlanmayıb. Təşkilatdan bildirilib ki, girov obyekti olan əmlakların satışı davam etdirilir. Onlardan Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində Mingəçevir “İzolit”in əmlak kompleksi, Şəki rayonunda “Kainat”əmlak kompleksi və “Şəki Kərpic” əmlak kompleksi, eləcə də Gürcüstanın Samqori rayonunda “Qafqaz-Beton 2007" beton istehsalı müəssisəsinin adı çəkilib.

Onu da qeyd edək ki, “Aqrarkredit”in cəmiyyətdə narazılıq doğuran fəaliyyəti ölkə rəhbərliyinin də diqqətini cəlb edib. Belə ki, ötən ilin noyabrında prezidentin fərmanı ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC yaradılıb. Prezidentin dekabrda imzaladığı fərmanla “Aqrarkredit” QSC-nin Beynəlxalq Bankdan aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak Azərbaycan Sənaye Korporasiyasının balansına verilib.

Dekabrın 30-da "Azərbaycan Sənaye Korporasiyası" ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədilə açıq tender elan edib. Bunlar - “Aqroinvestkom” MMC, “İnter Tobacco” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat” ASC, “Pərvanə” MMC, “BOT” MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “Ceneral Construction” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “CTS Agro” MMC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal D” MMC-dir.



“Aqrarkredit” QSC-dən aldığımız məlumata görə, prezidentin fərmanında Beynəlxalq Bankdan onlara ötürülmüş bütün əmlak deyil, fərmana əlavə olunan siyahıdakı müəssisələr nəzərdə tutulub ki, həmin müəssisələrin Azərbaycan Sənaye Korporasiyasına keçidi tezliklə yekunlaşacaq. “Aqrarkredit”də qalan digər aktivlər daha sonra müvafiq sərəncamlarla ASC-yə ötürüləcək. Birinci mərhələdən sonra QSC-də qalan aktivlərin dəyəri, onların idarə olunması üçün görülən işlər barədə isə qurumdan hər hansı məlumat ala bilmədik.

Bu arada qeyd edək ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın sağlamlaşdırılması və bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesinin tam başa çatdırıldığını, bankın özəlləşməyə hazır olduğunu deyib.

Xəbər 1772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +