Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.04.2018  11:21 

Yuriy Qaqarinin ölüm sirri





A+  A-

İlk kosmonavtın ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilib. Son dövrdə isə Qaqarinin ölüm səbəbi ilə bağlı yeni versiya səsləndirilib.
XəzərNews.az "Ölkə.Az"a istinadən oxucularını bu versiya ilə tanış edir.

Ölümündən uzun illər sonra Qaqarinin ölümü ilə bağlı faktlar açıqlanır. Bu faktlarda Vladimirsk vilayətinin Kirjaçsk rayonunun Novoselovo kəndi yaxınlığındakı təlim-məşq uçuşu zamanı "MiQ-15 UTİ" təyyarəsinin hansı şərtlər daxilində qəzaya uğradığı üzə çıxır. Kosmonavt Aleksey Leonovun səyi nəticəsində həqiqət üzə çıxıb. Aleksey 1968-ci ilin 27 mart tarixində- o məşum gündə faciə baş verən ərazidə olub və istintaqa cəlb edilib.

Qaqarinin ölümündən sonra ümummilli matəm elan edildi. Yaradılan xüsusi komissiya ekipajın ölüm səbəbini araşdırmalı idi. Qaqarin instruktor, hərbi qırıcıların təcrübəli sınaqçısı Vladimir Seryoqinlə "MiQ-15 UTİ" tipli təyyarənin təlim-məşq uçuşunu həyata keçirirdi. Komissiyanın rəyinə əsasən təyyarə kənar maneədən qaçmaq üçün (hava şarı və ya qaz dəstəsi) qəfil manevr edib. Bu isə onun yerə çırpılması ilə nəticələnib. Ekipaj həlak olub.

Aleksey Leonov isə bildirir ki, bu versiya həqiqətə uyğun deyil. Eyni gün eyni ərazidə təkcə kosmonavtlar yox, aviasiya sənayesi nazirliyinin sınaq-uçuşları institutu da "Su-15" təyyarəsini sınaqdan keçirirdi. Aramızda sərhəd ayrılmışdı. 10 min metr hündürlüyə qədər biz, 10 min metrdən yuxarıda isə onlar uçuş keçirirdilər. Amma "Su-15" uçuş rejimini pozaraq yerdən 450 metr hündürlüyə qədər aşağı endi. Bu vaxt yerli kəndlilər də onu gördülər. Bir müddət bu hündürlükdə uçan "Su-15" forsaj edərək öz eşalonuna qayıdır. Onun yeri ora idi. Bu zaman o, 4200 metr hündürlükdə, buludların arasında Yuri Qaqarinin yanından ötür. "Su-15" səs sürətindən yüksək sürətlə hərəkət edərək Qaqarinin təyyarəsini dərin spiral axınına saldı. Nəticədə Qaqarinin təyyarəsi 4200 metr məsafəni 55 saniyə ərzində qət edərək yerə çaxıldı.

Aerodromda azimut lokatoru və yüksəklik lokatoru işləməlidir. Yüksəklik lokatoru xarab işlədiyi üçün iki təyyarənin yaxınlaşdığı barədə məlumat olmayıb və xəbərdarlıq edilməyib. Mən təyyarənin yerə çaxıldığı ərazidən 13 km aralıda idim. "Ay qrupu"ndan olan dostlarımla paraşütlə tullanırdıq. Hava pisləşirdi. İşi başa çatdırdıq. Biz dayanıb evə qayıtma əmrini gözləyirdik. Bu an mən partlayış və səs sürəti eşitdim. Onlar arasındakı fərq 1-2 saniyə idi. Bu isə hadisənin eyni anda baş verməsi mənasına gəlir.

Mənim sənədlərimdə bunlar əks olunmuşdu, amma komissiya bu faktlara əhəmiyyət vermədi. Hadisədən 25 il sonra pilotların sərxoş və hazırlıqsız olduqları barədə şayiələr dövriyyəyə buraxıldı. Mən akademik Sergey Belotserkovski ilə birlikdə tədqiqata başladıq. Bu tədqiqat 20 il davam etdi.

Faciədən uzun illər ötüb. Mən Putinə müraciət edərək qizli paketi açmaq icazəsi istədim. Putin mənə icazə verdi. Əvvəllər də sübut etdiyim kimi Qaqarinin təyyarəsinin qəzaya uğramasının səbəbi kənar təyyarənin müdaxiləsi olub.

Xəbər 1405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +