Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


11.04.2018  10:28 

Ziya Məmmədovla Abutalıbovu düşmən edən “yağlı tikə”yə kim nəzarət edəcək?





A+  A-

Paytaxtda “yağlı tikə”nin BŞİH-in nəzarətinə verilməsi hələ o zaman Nəqliyyat Nazirliyinin ciddi narazılığına səbəb olmuşdu; 2 ay müddətində parkomatlar Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir.
2014-cü ildə Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, bütün mərkəzi küçələrində görmək mümkündür. Paytaxtda bu cür “yağlı tikə”nin Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətinə verilməsi hələ o zaman Nəqliyyat Nazirliyinin ciddi narazılığına səbəb olmuşdu.

XəzərNews.az Musavat.com-a istinadən bildirir ki, Z.Məmmədovun rəhbərlik etdiyi nazirlik hökumətin paytaxtda tıxaclarla bağlı ciddi narahatlığında istifadə edərək, parkomatların nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törətdiyini iddia edirdi. “BakuBus” MMC yaradıldıqdan sonra isə bu sahədə qayda-qanun yaradılacağı gözlənilirdi. MMC 2015-ci ildə yaradılsa da, parkomatlar BŞİH nəzarətində qalırdı. 2 aprel 2018-ci il fərmanına əsasən isə Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir.

Bir neçə gündür ki, mediada və sosial şəbəkələrdə müvəqqəti saxlama dayanacaqlarındakı parkomatlar götürülüb, əvəzində isə parkinq nəzarətçilərinə elektron cihazlar verilməsi ilə bağlı xəbərlər yayılır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirib. Bakı Nəqliyyat Agentliyindən isə müvəqqəti saxlama dayanacaqlarının qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsiz olduqları deyilib. Bakı Şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildiriblər.

“Bakıda parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s... Belə deyil və ola da bilməz”. Bunu isə modern.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert xatırladıb ki, “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi və İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir:



“Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi və İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir.

“Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyalarının hamısı var. Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil”.



Ə.Hüseynov deyib ki, ümumiyyətlə, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil: «Səbəblər isə aşağıdakılardır: 1. Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən edilməyib). 2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib). 3. Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da yoxdur). 4. Ən başlıcası, 2 aprel 2018-ci il fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Bu təhvil- təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq. Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır".

Xəbər 1740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +