Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.04.2018  14:05 

“Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur”





A+  A-

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Azərbaycan Prezidenti bir müddət öncə bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə Modern.az-ın əməkdaşının suallarını cavablandırıb.

XəzərNews.az onunla söhbəti təqdim edir:

- Rais müəllim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bir sıra təkliflər irəli sürüb. O bildirib ki, Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksi yaradılmalı, paytaxta və bölgələrdə Cümhuriyyət bağı salınmalıdır. Siz bu təklifləri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Rafael müəllimin bu təklifləri çox düzgündür. O, çox ağıllı, savadlı, müasir insandır. Çox yaxşı təkliflər irəli sürüb. Azərbaycanda Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksi yaradılması, Cümhuriyyət bağının salınması çox yaxşı olardı. O bağda ayrı-ayrı şəxsiyyətlərin heykəlləri də qoyulmalıdır. Cümhuriyyətin yaradılması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və o səhifəni yazanlar hər zaman xalqın qəlbində əbədi yaşayacaqlar. Ona görə də mən bütün müsbət təklifləri dəstəkləyirəm.

- Bəs sizin hansısa təklifləriniz var?

- Bəli var. Rafael müəllimin təkliflərini dəstəkləyirəm. Təklif edərdim ki, Məhəmməd Əmin Rəsulzadənin Ev muzeyi açılsın, külliyattı çap edilsin, heykəli qoyulsun. Rəsulzadə bakılı ola-ola onun Bakıda nişanı yoxdur. Ona görə hesab edirəm ki, ilk növbədə onun Ev muzeyi yaradılsın. Həmçinin, digər Cümhuriyyət qurucuları ilə bağlı da eyni təklifləri verirəm. Bildiyimə görə, Azərbaycanda Cümhuriyyət qurucuları ilə bağlı kitab çap ediləcək. Orada 200 nəfərin adı var. AXC nazirlərinin və s. Əsasən ideoloqları, üzdə olan şəxsiyyətləri qabartmaq lazımdır. 200 nəfərə Bakıda heykəl qoyulan deyil ki... Ancaq əsas simalara heykəllərin qoyulması lazımdır.

- Rəsulzadə irsinin yaşadılması ilə bağlı nələr deyə bilərsiniz?

- Rəsulzadəni sevməyən yoxdur. O, bu respublikanın banisidir. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. Rəsulzadə bütün Türk dünyasında anılır və onun xüsusi yeri var. Xalq Rəsulzadəni sevir və yaşadır. Onun mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. Onların dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifələridir.

- Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd edilməsini necə təsəvvür edirsiniz?

- Hələlik aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq gedir. 100 illiklə bağlı məsələ yəqin ondan sonra başlayacaq. Nazirliklərin, komitələrin, təşkilatların bəziləri tədbirlər keçirir. Bəziləri isə hələ ki keçirmir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi dövlət tərəfindən planlaşdırılıb. Görək necə olacaq. Mən Rəsulzadə irsini araşdıran tarixçi Nəsiman Yaqublu ilə birlikdə bir neçə təkliflər yazmışam. O da müvafiq orqana göndərib. Bilmirəm ki, indi bunlara necə cavab veriləcək.

- Rais müəllim, bəzi şəxslər təklif edirlər ki, xaricdə dəfn edilən Cümhuriyyət qurucularının məzarı Azərbaycana gətirilsin. İstərdinizmi babanızın məzarının Azərbaycana gətirilməsi reallaşsın?

- Rəsulzadənin məzarının bura gətirilməsi ilə bağlı müxtəlif fikirlər söylənilir. Ancaq bu bir az qəliz məsələdir. Orada dini və ideoloji məsələlər var. Hələ o biri işlər görülsün. Bu qısa bir zamanda görüləcək iş deyil. Babamın və digər qurucuların məzarının Azərbaycana gətirilməsi üçün vaxt lazımdır. Dövlətlərarası razılıq lazımdır. Əgər şərait yaranarsa, babamın məzarının gətirilməsi yaxşı olar. Olmazsa, yox. Bunu hadisələrin gedişatı və zaman göstərər.

Xəbər 3323 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +