Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.03.2018  10:12 

Putinin qohumları hansı bizneslə məşğul olurlar?





A+  A-

Putin mütəmadi olaraq rahat ev şəraitində ictimaiyyət qarşısına çıxır, amma onun ailəsi barədə məlumatlar az yayılır
"Qazprom" Mixail Putini - Rusiya prezidenti Vladimir Putinin əmisi nəvəsini rəhbərliyinə gətirə bilər.

Həmin şəxs həqiqətən dövlət başçısının uzaq qohumudur. Bunu prezidentin mətbuat katibi Dmitriy Peskov martın 22-də jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib.

"Mənə onların arasında hansısa ünsiyyətin olduğu məlum deyil, yəni onlar faktiki olaraq ünsiyyətdə deyillər, - deyə mətbuat katibi əlavə edib.

"Qazprom" şirkətinin idarə heyəti üzvləri orta hesabla ayda 10 milyon rubldan (2016-cı ilin məlumatına görə) artıq alırlar.

Rusiya prezidenti Vladimir Putinin ailəsi qeyri-ictimai həyat yaşayır və qalmaqallardan kənarda qalmağa cəhd göstərir. Bəzi insanlarla qohumluq, hansı ki KİV-lər Putinin uşaqları adlandırırdı (məsələn, Katerina Tixinova) bu günə kimi hələ də rəsmən təsdiqlənməyib. Prezidentin bəzi uzaq qohumları və onların nə ilə məşğul olduqları barədə bunlar məlumdur.

Mixail Putin

Qohumluq əlaqəsi: əmi nəvəsi (əmisi oğlunun oğlu)

Yaşı: 51

Doğulduğu yer: İvanovo.

Təhsili: tibbi.

Tibb elmləri namizədi dərəcəsini aldıqdan sonra Rusiya Səhiyyə Nazirliyinin "Medtexcnab"dövlət müəssisəsində işləməyə başlayıb. Daha sonra Səhiyyə Nazirliyinin özünə keçən Mixail Putin bir il işlədikdən sonra iqtisadi departamentə başçılıq edib.

2004-cü ildə "Qazprom"un tibbi şöbəsinin rəhbəri olub. 3 il sonra "Soqaz" sığorta şirkətinin sədr müavini vəzifəsində çalışıb. Ötən ilin yekunlarına əsasən, bu şirkət toplanan sığorta haqlarının həcminə (158 milyard rubl) görə ölkənin ən böyük sığorta şirkəti elan edilib.

Mixail Şelemov

Qohumluq əlaqəsi: xalası nəvəsi (xalası qızının oğlu)

Yaşı: 50 .

Doğuluğu yer: Leninqrad (Sankt-Peterburq).

Uzun illər "Sovkomflot" gəmiçilik şirkətinin Peterburq filialının aparıcı mütəxəssisi vəzifəsində çalışmaqla paralel böyük aktivlərin sahibi olub. 2000-ci ildə 15 milyon dollara "Soqaz" səhmlərinin 12%-ni əldə edib.

9 il sonra onun səhmlərinin dəyəri təqribən 200 milyon dollara qədər yüksəlib, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Öyrənilməsi Mərkəzinin (OCCRP) Qazprombank-ın qiymətləndirilməsinə isitnadən yaydığı nəşrdə belə deyilir.

Şelomovun strukturlarına "Rossiya" bankının 8,4%-i və 30 milyon dollar məbləğindəki akivlərlə "Soqaz-Nedvijimost" (Soqaz bölməsi) şirkəti məxsusdur. "Rossiya"nın əsas səhmdarlarından biri Rusiya prezidentinə yaxın olan milyarder Yuriy Kovalçukdur.

Bankın aktivləri 868 milyard rubl təşkil edir və bu göstərici bankı ölkədə 14-cü yerdə qərarlaşdırıb, "Banki.ru" belə hesab edir.

KİV-lərin məlumatına görə, Şelemovun şirkətləri 2016-cı ildə 2 milyard rubl qazanıb, yəni orta hesabla günə 5,5 milyon rubl.

İqor Putin

Qohumluq əlaqəsi: əmisi oğlu.

Yaşı: 64 .

Doğulduğu yer: Leninqrad (Sankt-Peterburq).

Təhsili: hərbi iş, dövlət xidməti

1990-cı illərdə hərbi xidmətdən istefa verərək Ryazan vilayətinin dövlət orqanında çalışıb. 2000-ci illərin ortalarında "Master-bank" və Rus Torpaq Bankı (RZB) da daxil olmaqla müxtəlif şirkətlərin və bankların rəhbər orqanlarına daxil olub.

2007-ci ildə The News Times jurnalının araşdırmasında "Master-bank"ın adı çirkli pulların yuyulmasını həyata keçirən təşkilat kimi xatırladılıb.

6 il sonra bank lisenziyadan məhrum edilib. Bank cinayət gəlirlərinin yuyulması barədə tələbləri pozub, həmçinin saxta hesabat verib. Bunu Rusiya Bankının yoxlaması aşkar edib.

Öz növbəsində Rusiya Torpaq Bankı İqor Putin onun rəhbərliyində olan dövrdə pulların yuyulması və Rusiyadan çıxarılması üzrə "meqacamaşırxana" sxemində iştirak edib. Bunu "Novaya qazeta" və OCCRP aşkar edib.

Jurnalistlər iddia edirlər ki, digər bankların da iştirak etdiyi həmin sxem vasitəsilə ölkədən 20 milyard dollar çıxarılıb. 2014-cü ildə Rusiya Bankı RZB-nı lisenziyadan məhrum edib.

Roman Putin

Qohumluq əlaqəsi: əmisi oğlunun oğlu (İqor Putinin oğlu).

Yaşı 40 .

Doğulduğu yer: Ryazan.

Təhsili: hərbi iş.

Putin sərnişin təyyarəsini vurmağa əmr veribmiş
Putinin ağladığı gün
Sankt-Peterburq Hərbi Logistika və Nəqliyyat Akademiyasını bitirdikdən sonra 3 il Federal Təhlükəsizllik Xidmətində xidmət edib. Ryazan vilayəti administrasiyasında müxtəlif vəzifələrdə çalışan Roman Putin 2007-2008-ci illərfə MTC mobil operatorunun Ryazan ofis şəbəkələrinə rəhbərlik edib.

2011-ci ildə MRT şirkətlər qrupunun direktorlar şurasına başçılıq edib. Qrupun çoxsaylı xidmətləri və məhsulları arasında Rusiya dəmir yollarının tətbiqi də olmuşdur.

"Vedomosti" nin yazdığına görə, 2014-cü ildə Roman Putin özünün şəxsi Putin Consulting şirkətini təsis edib. Şirkət bazar üçün yüksək qiymətləndirmə biznesi üzrə məsləhət xidməti verirdi (BBC).

Xəbər 964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +