Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO
Tofiq Yaqublu azadlığa buraxılıb
Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb
Sabah hava çiskinli olacaq
DİM elan verdi
Cəbhədə silah səsləri susmadı
Azərbaycanda kişi həkimlərin sayı azalıb
Qanunsuz ov edənlər saxlanıldı
Lukaşenko yenidən prezident olmaq istəyir


18.03.2018  17:23 

Dövlət qulluğuna qəbul üçün 710 vəzifəyə müsahibə keçiriləcək





A+  A-

Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.

Eyni zamanda 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib.

Fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.

Fevralın 8-də elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tərəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilib. Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olub.

Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq. Gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər. Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.

Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaq. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcək. Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcək. Müsahibə elanları, müsabiqə vəziyyəti, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış olmaq olar.

DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən keçirilən bütün tədbirlər, eləcə də müsahibələrin nəticələri, müxtəlif statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı zəruri məlumatları hər gün internet saytı vasitəsilə təqdim edir: “Namizədlər onlar üçün yaradılan bu imkanlardan maksimum dərəcədə istifadə etməlidirlər. Mərkəz tərəfindən namizədlərin imtahan verməsi, öz bilik və bacarıqlarına uyğun işlə təmin olunması üçün tələb olunan zəruri şərait yaradılmışdır. Hər bir namizədə qeydiyyatdan keçdiyi müsahibədə iştirakla bağlı məsuliyyətli olmağı və uğur əldə etməyi arzu edirik!”.

Xəbər 547 dəfə oxunub.



18.11.2019  15:29 

Tofiq Yaqublu azadlığa buraxılıb

18.11.2019  14:16 

Sabah hava çiskinli olacaq

18.11.2019  11:54 

DİM elan verdi

18.11.2019  10:45 

Cəbhədə silah səsləri susmadı

18.11.2019  09:27 

21 yaşlı məhkum özünü asdı

18.11.2019  08:41 

Qanunsuz ov edənlər saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +