Temperatur 23 dərəcəyədək yüksələcək
Bakıda pambıq daşıyan yük maşını yandı
Atəşkəs 24 dəfə pozuldu
Boliviya prezidenti istefa verdi
İraqda partlayış, italiyalı hərbçilər yaralandı
Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir
Sabahın havası açıqlandı
Dünyanın ən bahalı saatı hərracda satıldı
Bakıda yataqxanada yanğın olub
Şəhriyar ikinci pillədə qərarlaşdı


17.03.2018  12:58 

İş yoldaşını bıçaqlayan şöbə müdiri oğlunun məsələsində yenilik





A+  A-

Beyləqan DYP-nin işçisi Tural Əliyevi polis orqanlarından qovula bilər.
Martın 10-da Beyləqanda Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu Tural Əliyevin iş yoldaşı rayon DYP-nin inspekoru Namiq Zeynalovu bıçaqlaması məsələsində yenilik var. Bildirək ki, Tural Əliyevin Namiq Zeynalovu hansı səbəbə görə bıçaqlaması barədə XəzərNews.az oxuculara ətraflı məlumat vermişdi.

Həmin məlumatda bildirmişdik ki, martın 10-da saat 19-00 radələrində Beyləqan - Daşburun stansiyası magistral yolunun Milabad kəndi yaxınlığında DYP işçisi Tural Əliyevlə Namiq Zeynalov arasında mübahisə yaranıb. DYP işçiləri arasında mübahisənin yaranma səbəbi isə Tural Əliyevin Namiq Zeynalova kobud cavab verməsi və ona qarşı saymamazlıq hərəkəti etməsi olub. Üç gün öncə DYP-də işə başlayan Tural Əliyevin bu hərəkətindən əsəbləşən Namiq Zeynalov isə həmkarına onun DYP-yə necə keçdiyini və onların haqqında rayonda hansı söz söhbətlərin gəzdiyi ifadəsini işlədib. Namiq Zeynalovun bu sözündən sonra Tural Əliyev cibində gəzdirdiyi kiçik bıçaqla iş yoldaşına arxadan bir neçə zərbə endirib. Xoşbəxtlikdən Namiq Zeynalovun əynində Yol Polislərinə yağışlı havada geyinmək üçün verilən şinel olub. Məlumata görə bıçaqlanan DYP işçisinin yüngül xəsarət almasına səbəb həmin şinel və Namiq Zeynalovun cəld hərəkət etməsi olub.

Onuda qeyd edək ki, Beyləqan Təhsil şöbəsinin müdiri Xurman Rüstəmova bıçaqlanma hadisəsinin olmadığını və məlumatın yalan olduğunu demişdi. XəzərNews.az-a Beyləqan polis idarəsindəki etibarlı mənbənin verdiyi məlumata görə baş verən hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyindən təhqiqat qrupu rayona gəlib.Həmin qrupun apardığı araşdırma nəticəsində məlum olub ki, həqiqətəndə Beyləqan DYP-nin işçisi Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu soyuq silahla bıçaqlayıb. Onuda qeyd edək ki, XəzərNews.az-a verilən digər məlumatda hadisədə yaralanmış DYP işçisi Namiq Zeynalovun Tural Əliyevdən şikayətçi olduğu deyilir. Zərəçəkmişin şikayətçi olmaması üçün Xurman Rüstəmovnın bir neçə dəfə minnətçi düşməsinə baxmayaraq hələki DYP işçisi Namiq Zeynalov Təhsil şöbəsi müdirinin oğlunun cəzalandırılmasını istəyir.

XəzərNews.az-a Beyləqan polisindəki mənbənin verdiyi məlumatda vurğulanır ki, nazirlikdən gələn təhqiqat qrupu hadisəni çox ədalətli araşdırdı və Tural Əliyevin qəsdən iş yoldaşını soyuq silahla yaralanması faktı öz təsdiqini tapdı. Məlumata görə nazirlikdən gələn təhqiqat qrupunun rayon tərk etməsindən sonra Beyləqan Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova ilə polis rəisi Füzuli Şıxəliyev arasında insident yaranıb. Həmin insidentin səbəbi isə Xuraman Rüstəmovanın polis rəisindən oğlunun işinin bağlanmasını və gələn təhqiqat qrupunun qərəzli olmaqda günahlandırmasıdır.

Məlumata görə icra başçısının tapşırığı ilə məsələnin ört basdır etməyə söz verən Füzuli Şıxəliyev indi çıxılmaz vəziyyətdə qalıb.Çünki baş verən hadisənin ictimailəşməsi və zərəçəkmiş Namiq Zeynalovun şikayətçi olması, nazirliyin təhqiqat qrupunun həqiqəti üzə çıxartması Füzuli Şıxəliyevində sonunu gətirə bilər. Çünki hər kəs Daxili İşlər Naziri general polkovnik Ramil Usubovun polis orqanlarında baş verən bu cür hadisələr necə sərt reaksiya verdiyini yaxşı bilir. Görünür işçisinin cinayətini ört basdır edə bilməyən Füzuli Şıxəliyev Xurman Rüstəmovaya verdiyi sözü tutmamaq qərarıan gəlib.

XəzərNews.az

Xəbər 1059 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2019  11:18 

Atəşkəs 24 dəfə pozuldu

11.11.2019  10:36 

Boliviya prezidenti istefa verdi

10.11.2019  13:46 

Sabahın havası açıqlandı

10.11.2019  10:27 

Mövqelərimiz atəşə tutulub

10.11.2019  09:56 

Bakıda yataqxanada yanğın olub

09.11.2019  10:08 

Atəşkəs snayperlərlə pozulub

08.11.2019  21:34 

O videonu yayan şəxs saxlanıldı

08.11.2019  16:43 

Lavrov Yerevana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +